hemle

Səmədabad kəndinin sakinləri suallarına "Açıq mikrofon"da cavab tapdılar

Tarix:5-03-2024, 19:12
Baxış Sayı:1

Səmədabad kəndinin sakinləri suallarına "Açıq mikrofon"da cavab tapdılar

"Oğlum üçün yeni massivdə ev tikmişik. Amma həmin məhəllədə qaz xəttinin olmaması işimizi çox çətinləşdirir. Bura gəlməyimin də səbəbi budur ki, o əraziyə qaz çəkilməsində bizə köməklik edəsiniz". Bu sözləri Yevlax rayonunun Səmədabad kənd sakini Qərənfil Əzizova "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı bildirib. Eldəniz Hüseynov və Araz İsmayılovun da müraciəti genişlənən əraziyə küçə qaz xəttinin çəkilişi ilə bağlı olub. Kənd sakinləri İsrail Məmmədzadə, Mübariz Bədəlov və İlham Rəhimov isə qaz xəttinin yerinin dəyişdirilməsini xahiş ediblər.Fərdi qaz tənzimləyicinin əvəzlənməsini istəyən Elşən Əşrəfovun da müraciəti qeydiyyata alınıb. Vətəndaşların ünvanladıqları bütün suallar Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb, sakinlərə ətraflı izahatlar verilib.



Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat