hemle

Bakının iki rayonunda qaz olmayacaq

Tarix:20-11-2023, 09:42
Baxış Sayı:64

Xətai rayonunun N.Rəfiyev küçəsində abadlıq işləri ilə əlaqədar qaz tənzimləyicinin və qaz xəttinin yerinin dəyişdirilməsi, eləcə də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin K.İsmayılov və Mədən küçələrinin kəsişməsində yerləşən yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə 20.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Şüşə” orta təzyiqli qaz kəmərində və “Əhmədli” qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Ağ Şəhər, M.Mehdizadə, S.Orucov, İ.Orucova, F.Bayramov, Natiq Əliyev, Afıyəddin Cəlilov, N.Rəfiyev küçələrinin, həmçinin Xocalı və Babək prospektlərinin bir hissəsinin, Suraxanı rayonunun isə Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək