NADANLIQ EYLƏMƏ ,HEÇ VAXT HƏYATDA.
Böhtan , şər danışma belədir qayda ,
Peşiman olmaqdan axı nə fayda ?!
Gəl batma günaha müqəddəs ayda ,
Nadanlıq eyləmə , heç vaxt həyatda.
Bilmirəm nə yolla almısan ad -san ,
Qəlb qırmaq səninçün şüşə tək asan .
Dilinə gətirmə pis söz ey insan ,
Nadanlıq eyləmə , heç vaxt həyatda.
Boşboğazlıq olub sən də bir həvəs ,
Bədxahlıq etməyin əbəsdir , əbəs .
Ağzını yaxala , pak olsun nəfəs ,
Nadanlıq eyləmə , heç vaxt həyatda .
Səbahətdən budur sənə vəsiyyət ,
Müdriklər sözündən götür nəsihət
Hörmətli ol , olma gəl bədxasiyyət
Nadanlıq eyləmə heç vaxt həyatda.
30.04.2020
Səbahət Lənkəranlı.
QƏM - QÜSSƏ İÇİNDƏ İTİB , BATMIŞAM .
Tanrıdan bir mələk gözəlliyim var ,
Tapmazsan dünyada nə tay , barabar.
O yarın eşqindən oldum giriftar ,
Qəm -qüssə içində itib , batmışam .
Dolan bulud təki qəlb qalıb tutqun,
Dildə nəğmə donub hey durur susqun .
Göz də lap acizdir olubdur vurğun
Qəm - qüssə içində itib , batmışam.
Gün şeir yazıram qamət , canına ,
Şirin camalına , şöhrət , şanına .
Yazammıram qəzəl adı - sanına ,
Qəm - qüssə içində itib , batmışam.
Könlüm mətləbinə çatar o anda ,
Mələklər əl çalar eşq qovuşanda .
Səbahət ta deməz dost soruşanda ,
Qəm -qüssə içində itib , batmışam.
29.04.2020
Səbahət Lənkəranlı.
BACI, QARDAŞ QALIB YURDUNA HƏSRƏT.
Dərmansız bir dərdə olubdur düçar ,
Bacı, qardaş qalıb yurduna həsrət .
Zavallı nə etsin olubdur naçar ,
Bacı, qardaş qalıb yurduna həsrət .
Qəm çəkməkdən canı üzülüb yaman ,
İllər də tez ötür , aman , ay aman .
Düşmən qəsdə durub sanki hər zaman ,
Bacı, qardaş qalıb yurduna həsrət .
Gərək erməninin işin zar edək ,
Dövlətlər içində onu xar edək.
Ölümü , əsiri ona yar edək ,
Bacı, qardaş qalıb yurduna həsrət.
Canı sızıldayır obadan sarı ,
Orda qoyub gəldi dövləti , varı .
İstəyir boylanıb baxsın bir barı ,
Bacı , qardaş qalıb yurduna həsrət.
Səbahət , alınar bir gün torpaqlar ,
Sancılar o yurda bizim bayraqlar.
Toy - bayram edərlər , hər kəs , uşaqlar ,
Bacı , qardaş qalıb yurduna həsrət.
28.04.2020
Səbahət Lənkəranlı.