hemle

Başın sağolsun VƏTƏN. “Lələ təpə”də ağır yaralanan Qazi vəfat edib - FOTO

Tarix:4-05-2020, 21:42
Baxış Sayı:702

“Lələ təpə”də ağır yaralanan Qazi vəfat edib - FOTO
QAZİLER.AZ saytı xəbər verir ki, birinci qrup Qarabağ qazisi Həsənov İlham vəfat edib. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Qazi bu gün Sumqayıt qəbiristanlığında torpağa tapşırılıb.
Dəfndə 120 saylı Qubadlı-Cəbrayıl Seçki Dairəsindən millət vəkili seçilən Ceyhun Məmmədov, İ.Həsənovun döyüş yoldaşları, “Qarabağ qaziləri” birliyinin Cəbrayıl rayon filialının üzvləri, mərhumun yaxınları, ailə üzvləri iştirak edibdir.

İlham Həsənov 1966-cı il, yanvar ayının 3-də Cəbrayıl rayonun Soltanlı kəndində anadan olub. Sovetlər dönəmində Macarıstanda hərbi xidmətdə olub. 896 hərbi hissənin tərkibində Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə Cəbrayıl rayon “Lələ təpə” istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, 1-ci qurub Qarabağ əlili idi
Ailəli idi, üç övladı yadigar qalıb!

“Qarabağ qaziləri” İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun, QAZİLER.AZ saytının kollektivləri İ.Həsənovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə başsağlığı verir!

Allah rəhmət eləsin!

Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam