İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı qonşu ölkədə də müzakirə mövzusudur. Bizdən fərqli olaraq ermənilər bu sərəncamdan qorxuya düşüblər. Onlar Sarqsyanı bu dəfə də xalqı aldatmaqda ittiham edirlər.
Atəş.az TTV -yə istinadən xəbər verir ki, aprel döyüşlərindən sonra Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən qayıdarkən Serj Sarqsyan təyyarədəcə bəyan etmişdi ki, döyüşlərin miqyası və əldə olunan nəticə barədə məlumat Azərbaycan tərəfindən şişirdilib. Sitat: Hərbi əməliyyatlarda 800 hektar ərazimizi itirdik”. Yalnız, bundan sonra Sarqsyana cavab verən Azərbaycan tərəfi bəyan etdi ki, söhbət dəfələrlə böyük ərazidən gedir. Və bu nə onda, nə də indiyədək qarşı tərəfdən təkzib olunmadı. Azad olunan ərazilərin böyük bir hissəsi Cəbrayıl rayonunun ərazisindən idi. Ən böyük uğurumuz isə həmin rayonun ərazisində olan Lələ-təpə yüksəkliyinin düşmənin əlindən alınması oldu. Lələ-təpənin bizdə olması ermənilər üçün kabus olduğu kimi Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı da İrəvan üçün qara xəbərə çevrildi. Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd 1994-cü il yanvarın 5-də Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilib. Amma Lələ-Təpənin erməni əsgərinin nəzarətində olması həmin yaşayış məntəqəsini hər zaman düşmən nişangahına çevirirdi. İndi isə mənzərə başqadır. Quzanlıdan, Horadizdən onlarla digər işğaldan azad olunmuş ərazilərimiz kimi indi növbə Cocuq Mərcanlınındır. Erməni mediasında növbəti hədəfin Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi olacağını yazır, Azərbaycan əsgərinin tezliklə bu ərazilərə bayraq sancacağını qeyd edirlər. Azərbaycan hökuməti bu ərazilərin ilkin bərpa işlərinə 4 milyon manat vəsait ayıracaq. Bu vəsait Azərbaycan xalqınındır və xalqın rifahına da xidmət göstərir. Qonşuda isə hələ də pul dilənirlər. Fərq də elə burdadır. Ermənistanda da Azərbaycanda cəmiyyət bunun fərqindədir.