hemle

Qarabağ veteranlarına qarşı neqativ münasibəti nəzarətə götürün, cənab Ali Baş Komandan!

Tarix:4-05-2020, 12:38
Baxış Sayı:769

www.Fedai.az
Veteran ailəsi 80 manatla necə dolanır?

Dəfələrlə yazmışıq və hər bir müharibə veteranı bu neqativ münasibətdən şikayətçidir. Sovet hökumətinin işğalçılıq və daha şər əməllərində (bu əməlliyyatlarda iştirak edənlər inciməsin. Bəzən həqiqəti vaxtında söyləmək gərəkdir) iştirak etmiş şəxslərə aid bir qanun var. II Dünya müharibəsi veteranları azaldıqca «Veteranlar haqqında» Qanunun müddəaları da sanki «ölməyə» başlayıb, günbəgün azalmaqdadır. Üstəlik, dünyanın heç bir ölkəsində olmayan bir «Əmək veteranı» statusu da uydurmaqla bu qanunu işləməz hala gətirmişik.

Məlumat üçün bildirim ki, «Veteran» sözünün mənaca izahından tutmuş, qanunun həyata keçirilməsinədək bir təsadüfü olmayan yanlışlıq var. Azərbaycanın izahlı lüğətinə görə: «Müharibə iştirakçısı olan qocaman döyüşçü, hər hansı bir sahənin köhnə, əməkdar işçisi, xadimi, elm veteranları, səhnə veteranı», ruslarda «Veteran (lat. Veteranus, vetus, veteris köhnə) — ümumiyyətlə, hərbi (döyüş) əməliyyatlarında iştirak edən təqaüdçü hərbçi; bu sözdən köhnə (uzun müddət işləmiş), əməkdar bir işçini, digər fəaliyyət sahələrindən olan bir işçini ifadə etmək üçün də istifadə olunur». Qədim Romada isə əsgərlər (muzdlular) ən azı 20 il müddətinə xidmət edərək tərxis olunmuş və ya orduda xidmətdə qalanlar veteranlar adlandırıldı. «Dəmir döyüşçülər» adlandırılan Sezarın veteran legionlarının döyüş sənəti böyük şöhrət qazanmışdı. Yəni veteranlıq birbaşa müharibə və hərblə bağlıdır. Bu adı bunca ucuzlaşdırmaq istəyənlərin məqsədi ortadadır. SSRİ-də 1974-cü ildə uydurulmuş «Əmək veteranı» statusu kimlərə lazımdır?

Mövcud qanunvericilikdə, müharibə vetteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq olunmuş Əsasnaməyə uyğun tənzimlənir, yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) verilir. Bu müddəadan aydın olur ki, çox az insan Silahlı Qüvvələrdə 40 illik bir xidmət keçə bilər. Amma gələcəkdə veteranların sırasında 40 il mahnı oxumuş Samir Bağırovu, Faiq Ağayevi, Aygün Kazımovanı, Röyanı və s. görsəniz təəccüblənməyin. Tam bir şou…

Əlbəttə bu Qanunu işləyən zehniyyətin əsil istəyi elə budur. Hər kəsə qucaq açan Nazirlər Kabinetinə müraciətlər edərək, bu Qanunun bircə maddəsini də həyata keçirilməsinə də nail ola bilməmişik. Adı çəkilən hər bir ictimai quruma 6-7 milyon manat vəsait tapan Nazirlər Kabineti, 67 minlik veteran birliyinə illik büdcə ayrımı üçün 300 min manatı 26 ildir ki, tapa bilmir.

28 iyun 1994-cü il, 841 saylı «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunda deyilir:

«Maddə 21. Veteranların sosial müdafiəsi tədbirlərinin planlaşdırılması və maliyyələşdirilməsi

Veteranların sosial müdafiəsi tədbirlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyəti orqanları planlaşdırır və veteranların sosial müdafiəsi proqramları respublika büdcəsinin və yerli büdcələrin, Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.

Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır.

Bu müddəa bütün ictimai birliklər — Yazıçılar, Rəssamlar və s. üçün işləsə də bizlər üçün, bu Vətən, bu Bayraq, bu Torpaq uğrunda döyüşmüş insanlar üçün keçərsizdi. Bunu müharibə veteranları bilirsiniz, necə qarşılayırlar və nə deyirlər? Məncə anlaşılandır…

Bu gün müharibə veteranlarına verilən 80 manatlıq kompensasiya, hər bir veteran yaxşı bilir ki, zamanında şəxsən Birinci Vitse Prezident xanım Mehriban Əliyevanın təşəbbüsüylə müəyyən olundu. Bu gün koronavirus pandemiyası ilə mübarizə günlərində Azərbaycanda ən diqqətdən kənarda saxlanılan (!) sosial təbəqənin, məhz Qarabağda erməniyə güllə atmış müharibə veteranları olduğu ortaya qoyuldu. Aldığımız yüzlərlə zəng və təmasda olduğumuz imkansız, bəlkə də əlacsız müharibə veteranları bu vəziyyətə düşmələrini öz qürurlarına sığınaraq adlamağa çalışırlar. Müharibə veteranı ailələri var ki, tək gəlirləri 80 manat Prezident təqaüdüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi bu müavinət-təqaüd fərqinə varmadan bu sosial təbəqənin heç bir problemi ilə maraqlanmayıb. Ümumiyyətlə, Sahil Babayev nazir təyin edildikdən sonra düşmənə güllə atmış insanblara münasibət tam 180 dərəcə dəyişib. Müharibə əlillərinin, veteranların şikayət və müraciətlərinə ikrahla baxılır və bəzən də heç baxmırlar. Bu komandanın sosial siyasətlə bağlı şəxsi təşəbbüsləri, sosial təbəqələrlə işləmək qabiliyyətləri yoxdur. Demək olar ki, ölkə rəhbərinin dönə-dönə göstərişləri olmasa, bu nazirlik heç bir sosial proqnoz ortaya qoya bilməz.

Veteranlarla bağlı etdiyimiz təklifdə, işləməyən və təqaüd almayan veteranlara 80 manata əlavə olaraq 110 manat verilməsini təklif etmişdik. Öz köməyimizi də təklif etmişik. Bu cür çıxılmaz vəziyyətdə olan müharibə veteranları AVMVİB tərəfindən qısa müddətdə müəyyən oluna bilər. Hazırda bu təqaüdü 80 min müharibə veteran alır. Onların 27 mini pensiya alan müharibə veteranlarıdı. Yəni bu veteranların maliyyə dəstəyinə ehtiyacı yoxdur. Qalan 53 min nəfərdən isə təxmini hesablamalara görə 17 min nəfərin daimi iş yerləri var. Həmçinin, müharibə veteranları arasında 12 min nəfəri isə müharibə əlilləridir. İlkin hesablamalara görə təxminən 30 min nəfər müharibə veteranı ağır durumda yaşayır və ƏƏSMN -nin verdiyi şərhə uyğun olaraq 80 manatla ayı yola verməyə məcburdurlar.

Müharibə veteranları arasında əsil döyüşçülər, məğrur və qürurludur. Öz problemlərini yalnız döyüş dostlarına deyirlər. Tanıdığım müharibə veteranı, üstəlik xəstəlikdən əziyyət çəkən Fədai Əliyevin 4 nəfərlik ailəsinin tək ümüd yeri o 80 manatdı. Məcburi köçkün kimi aldığı vəsaiti qeydiyyata görə Qaçqınkom kəsib. ƏƏSM nazirliyi isə SMS göndərib. Həm özünə və həm də həyat yoldaşına: «Təqaüd aldığınız üçün, Nazirlər Kabinetinin 02.04.2020-ci il, 127 saylı qərarına əsasən, Sizə 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir». Həyat yoldaşına da eyni cavab verən, nazir Sahil Babayev 80 manatla 4 nəfərlik ailənin necə dolanmasını kalkulyasiya edə bilərmi? Üstəlik sayənizdə həyat yoldaçı ağır formada şəkər xəstəsi olsa da əliliyini ala bilmir.

Eyni problemlə üzləşən müharibə veteranı Əliyev Mübariz də analoji cavab alıb və #Evdəqal-ı 80 manatla 4 nəfəri necə yola verəcəyini bizdən soruşur.

Yüzlərlə müraciət və yüzlərlə zənglər. Çünki aidiyyatlı nazirliyin heç bir xətti kimsəyə cavab vermir.

Möhtərəm, Ali Baş Komandan!

Bizim heç bir anti islahatçı və obuskurantist düşüncəli köhnə qvardiyaya yaxınlığımız yoxdur. Sadəcə nazirliyin yarıtmaz fəaliyyətindən hər kəs narazıdır. Üstəlik də hansısa bir kolonun gizli diqtəsi ilə öz Yurdu uğrunda döyüşmüş insanlara qarşı neqativ bir münasibət var. Bütün veteranlar adından, Sizdən xahiş edirik ki, Qarabağ uğrunda döyüşüb erməniyə güllə atmış müharibə veteranlaına qarşı neqativ münasibəti nəzarətə götürəsiniz. Biz, öz Komandanımıza inanırıq!

X. Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Digər xəbərlər
20:05 Gürcüstan paytaxtı yenidən QARIŞIR
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"