hemle

Layihənin son tədbiri keçirildi.

Tarix:4-12-2019, 18:52
Baxış Sayı:583

Bu gün yəni 04 dekabr 2019-ci il tarixindı Bakı şəhərində Saat 14-00 Milli hüquq evində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi həyata keçiriləcək Qarabağın işğalı nəticəsində Ermənistan tərəfindən girov götürülmüş Azərbaycan qadınları haqda “Bitməyən əzablar” adlı filmin çəkilməsi və dünyaya yayılması adlı layihənin yekun tədbiri keçirildi.
Müharibə Veteranı Qadınlarına Sosial Yardın İctimai Birliyinin layihəsinin həyata keçirilməsində məqsəd Ermənistan Respublikasının Azərbaycan Dövlətinə qarşı başlatdığı elan olunmamış müharibə nəticəsinə girov götürülmüş Azərbaycan vətəndaşları o cümlədən qadınlarımız haqda dünya ictimaiyyətinin məlumatlandırılmasıdır. Qadınların girov götürülməsi, təcavüz və işgəncələrə məruz qoyulması qəbuledilməzdir, Beynəlxalq konvensiyalara ziddir. Girov və əsirlərlə qeyri insani davranışlar, qadınlara olunan təcavüzlər işıqlanrıdırılmalı və Ermənistanın təcavüzkar dövlət, erməniləri isə xəstə təfəkkürlü, faşizm davranışlı bir millət olduğunu sübut edən faktlardan isifadə edilərək dünyaya tanıtmaq vacibdir. Pərakəndə fəaliyyət göstərildiyi üçün illərdir Azərbaycan informasiya müharibəsində Ermənistandan geridə qalır. Müharibələrdə qələbənin əlli faizi silahlı ordunun, əlli faizi isə infirmasiya yayımının üzərindədir. Elə bu baxımdan layihənin icrası məqsədi ilə şəkiləcək “Bitməyən əzablar” adlı filmin müxtəlif dillərə tərcümə edilərək yayılmasına dəstək vermək lazımdır. Ağır informasiya yükü olan girovluqda saxlanılan qadınlar mövzusu bu baxımdan çox əhəmiyyətlidir. Müharibə Veteranı Qadınlarına Sosial Yardın İctimai Birliyi olaraq biz Azərbaycan Respublikası vətəndaşlarınında maarifləndirilməsi üçün fəaliyyət göstəririk. Müharibə veteran qadnlarının maariflənməyə ehtiyacları olmadığını bilirik. Onlar vətən üçün ölməyə və öldürməyə həmişə hazır olan insanlardırlar. Lakin layihəmizin qaşrşıya qoyduğu məsələ Ermənistanın Azərbaycana elan edilməmiş müharibəsi nəticəsində girov götürüldükləri üçün həyatları və arzuları ilə vidalaşmış Azərbaycan qadınları haqda çəkilən “Bitməyən əzab” filmi olduğu üçün müharibə veteranı qadınlar qarşısında hesabat verildi. Layihənin həyata keçirdiyi tədbirdən danışan layihə rəhbəri “Bitməyən əzab” filminin Hollandiyada yayımlanlmasından və orada olan mühüm görüşlərdən bəhs edərək bir neçə dilə tərcümə ediləcəyi gözlənilən filmin təşkilatımızın uguru olduğunu vurguladı.
Layihə rəhbəri Radə Abbas MVQSYİB- nin Hollandiyada fəaliyyət göstərən tərəfdaş təşkilatı Avrasiya Türk Kadınlar Vakfının sədri Fatma Aktaş Hollandiyanın Haaqa şəhərində Müəllif Hüquqları Agentliyinə müraciət edərək Şuşadan başqa heç yerdə bitməyən, Şuşada əsir düşmüş Qarabağın Xarı Bülbül gülünü Ermənistan tərəfindən girov götürülmüş, şəhid edilmiş Azərbaycan qadınlarının simvolu kimi qeydiyyata alındığı haqda məlumat verdi. Bu Azərbaycan üçün çox önəmlidir. Təəssüflər olsun ki, bu yaxınlarda keçmiş Millət vəkili Cümşüd Nuriyevin bunun tam əksinə olaraq, müharibə veteran qadınlar haqda özünəməxsus təhqiramiz ifadələr işlətmişdir. Bu ifadələrə qarşı müharibə veteran qadınların munasibəti açıqlandı geniş müzakirə aparıldı. Müharibə veteran qadınlardan başqada tədbirdə ictimaiyyət nmüyaəndələri iştirak edirdi. Hər kəs Cümşüd Nuriyevi şiddətlə qınadı və onun məhkəməyə verilməsi haqda təkliflər irəli sürüldü. Tədbirin sonunda layihənin icrası məqsədi ilə çəkilmiş film nümayiş edildi. “Bitməyən əzab” filminə aid disklər tədbir iştirakçılarına paylanıldı.
Layihənin icrası sona yetdi.
MVQSYİB-nin sədri Layihə rəhbəri Radə Abbas

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ