hemle

“Əsgər Ailəsi” Cəmiyyəti əxlaqsız təklif almış şəhid qızı ilə bağlı Prezidentə müraciət edib -Atəş.az

Tarix:23-01-2017, 17:44
Baxış Sayı:799

“Əsgər Ailəsi” Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabit Roza Əliqızı N saylı hərbi hissədə şəhid Mübariz İsmayılovun qızı, çavuş Minarə Bayramovaya (ismayılova) qarşı komandirin etdiyi qeyri-qanuni hərəkətlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və müdafiə naziri Zakir Həsənova müraciət ünvanlayıb.
Bu haqda Roza Əliqızı öz facebook səhivəsində məlumat yayıb.

Müraciətdə deyilir:

“Cənab Prezident, Ali Baş Komandan!
Bu müraciətim 1992-ci ildə Qarabağ uğrunda şəhid olmuş Mübariz Bayramovun qızı, çavuş Minarə Mübariz qızı Bayramovanın xidmət etdiyi N saylı hərbi hissənin komandiri Elşən Sanıyevin ona qarşı əxlaqsız təzyiqləriylə bağlıdır.
Belə ki, komandir öz çavuşuna “yaxşı yaşamaq istəyirsənsə, mənimlə razılaş” təklifini etmiş və şəhid qızı Minarə Bayramovanın sərt cavabından sonra təzyiqlər edərək, onu qanunsuz olaraq işdən çıxarmış və şəhidimizə hörmətsizlik etmişdir!
Cənab Ali Baş Komandan mən Azərbaycan Ordusunda xidmət edən əsgər ailələri adından müraciət edərək, zabit adına yaraşmayan, bu adı ləkələməklə, həm də şəhid adına və şəhid ailəsinə hörmətsizlik edən N saylı hərbi hissənin komandiri, (əgər ona komandir demək mümkünsə) Elşən Sanıyevin nəlayiq hərəkətlərinin cəzasız qalmaması üçün bu məsələnin araşdırılması üçün aidiyyati qurumlara göstəriş verməyinizi xahiş edirik!
Komandirin bu hərəkəti təşkilatımızın üzlərini hiddətləndirib. Şəhid qızına olan bu sayğısızlığı,Vətənimiz uğrunda can vermiş bütün şəhidlərimizin ruhına sayğısızlıgq kimi başa düşürük!
Bu gün şəhid ailəsinə xainlik edən bir komandir hər zaman Vətəninə,Torpağına və Bayrağına da xainlik edər. Beləsinə Vətən əmanət edilməz!”.

Roza Əliqızi
"Əsgər Ailəsi" Cəmiyyətinin sədri, Qarabağ müharibə veteranı, ehtiyatda olan zabit

Digər xəbərlər
18:58 XİN beynəlxalq ictimaiyyətə çağırış etdi
18:54 İyunun ilk gününün HAVASI
18:47 Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək
18:40 "Ermənistanın ərazilərimizi minalaması səbəbindən 397 nəfər həlak olub"
18:34 Uşaqları dilənçiliyə kimlər vadar edir? - Konkret yerlər var ki...
18:30 Kəlbəcər sakini Goranboyda minaya düşdü
18:26 Nazirlikdən xəbərdarlıq: Bu yolla çirkli pulların yuyulmasının iştirakçısı ola bilərsiniz
18:22 Saleh Səmədovu DTX həbs etdi - YENİLƏNDİ