hemle

Biləsuvarlı veteranlar veteranlara baş çəkdilər və bölgə veteranları nə istəyirlər

Tarix:4-05-2020, 12:34
Baxış Sayı:402

www.Fedai.az
Pandemiyaya qarşı mübarizə dövründə müharibə veteranları yenə də diqqətdən kənarda saxlanan yeganə sosial qrup oldu. AVMVİB rayon şöbələrinin rəhbərləri və üzvləri, həm şəxsi əlaqələri, həm də öz imkanları daxilində öz döyüş dostlarını tək buraxmamağa çalışdılar.

AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanovun verdiyi məlumata görə, AVMVİB Biləsuvar rayon şöbəsinin sədr müavini Nəimi Qocayevlə birgə bölgə veteranlarına baş çəkib və öz şəxsi imkanları çərçivəsində imkansız veteranlara yardım göstəriblər.

AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov maraqlı bir məsələyə toxundu. Bildirdi ki, ölkə rəhbərinin Biləsuvardakı vəziyyəti nəzarətə götürməsi biz veteranların da ürəyincədir. Yıxılana balta vuran çox olduğundan, başqa bir problemə diqqət yönəltmək istərdim. 2005-ci ildən etdiyim çox saylı müraciətlərə baxmayaraq, bu günədək kiçik bir mağaza yeri belə ala bilməmişəm. Amma Mahir Quliyevdən qabaq rayonda icra hakimiyyətinin başçısı olmuş, hazırda Qobustan rayon İH Başçısı işləyən Adil MəmmədovunBiləsuvar rayonunda zəbt edib işlətdiyi ticarət mağazaları hələ də onun tərəfindən icarəyə verilməkdədir. Bu məsələ ilə bağlı müharibə veteranları Prezidentə müraciət etməyi planlaşdırırıq. Adil Məmmədov 10 ildi, buradan getsə də, obyektləri hələ də rayonda qalmaqdadır. Bunu bir korrupsiya faktı kimi diqqətdən kənarda qoymamalıdırlar. Həm də bu obyektlərin Biləsuvar rayonuna dəxli olmayan birisindən alınıb veteranlara verilməsi, imkansız veteranlara yardımçı olmaqda rayon şöbəsinə əlavə imkanlar verər.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir