hemle

IKI NƏFƏR MÜHARİBƏ VETERANIMIZ TƏLTİF EDİLDİ

Tarix:15-11-2018, 11:19
Baxış Sayı:934

AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin I müavini Kamil Şirinov və sədrin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanovun iştirakıyla Milli Ordunun ilk zabitlərindən olan, müharibə veteranı Qulamhüseyn Hüseynov AVMVİB-in təsis etdiyi xatirə medalları ilə təltif edilib.

Keçmiş döyüşçünü təbrik edən AVMVİB sədri F. Rzaquliyev onun keçdiyi döyüş yolundan danışdı və döyüşçülərimizin daha böyük mükafatlara layiq olduğunu bildirdi.
Müharibə veteranı Q. Hüseynov bu diqqət üçün təşkilat rəhbərliyinə öz minnətdarlığını bildirdi.

AVMVİB sədri F. Rzaquliyev müharibə veteranı, AVMVİB üzvü İsmayıl Ərəbovu təbrik edərək veteranlarımızın fərqləndirilməsinin vacib olduğunu dedi.

Müharibə veteranı İ. Ərəbov da rəhbərliyə göstərdikləri diqqət və qayğıya görə öz təşəkkürünü bildirdi.

Azər Azadzadə Atəs

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı