hemle

Layihə icrası ərəfəsində şəhidlərin porteri çəkildi.

Tarix:29-04-2023, 20:08
Baxış Sayı:217


Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlartına Dövlət Dəstəyi Agentliyinin 2022-cü ildə elan etdiyi qrand müsabiqəsində layihəsi qalib olmuş Həqiqət Tarixi Araşdırmalar İçtimai birliyinin “Vətən sizə övlad dedi” layihəsinin bütün tədbirləri keçirildi. Layihə sona çatmaq üzrədir.
Vətən layihəmiz tariximizin qəhraman övladlarının tanıdılması, adlarının əbədiləşdirilməsi üçün iki müharibə veteranı qadınımızın iki şəhid oğlu ilə bağlı “Ana laylasıyla çağırdı Vətən” adlı film çəkmişik. Fimin qəhramanları Gəncə şəhərindən olan Nailə Ələkbərli, şəhid oğlu Rəşad Ələkbərli, müharibə veteranı Sevil Hüseynova, şəhid oğlu Zaur İsmayılzadədir.
“Vətən sizə övlad dedi” adlı layihənin icrası məqsədi ilə çəkilmiş “Ana laylasıyla çağırdı Vətən” sənədli filminin təqdimat tədbirləri sona çatdı.
Layihənin icrası ərəfəsində şəhid Zaur İsmayılzadınin anası qazi Sevil Hüseynovanın sifarişi ilə rəssam Gülnarə Məmmədova şəhid Zaur İsmayılzadənin və şəhid Rəşad Ələkbərlinin birgə portretlərini şəkdi. Həmin portreti Secvil ana Rəşad Ələkbərlinin ruhuna ithaf etdirdiyini, layihəyə hədiyyə olaraq layihə adından yeganə övladını itirmiş Nailə ananı sevindirmək üçün çəkdiriyini bildirdi. 27 aprel 2023- cü il tarixində portretin təqdimat tədbirini Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyi təşkil etdi. Tədbir Azərbaycan Nəşriyyatında QHT Forumun tədbir salonunda keçirildi. Layihə rəhbəri Elnarə Abbasovanın sədrliyi ilə keçən tədbirdə rəssam Gülnarə Məmmədova porterti Sevil anaya təhvil verərək Nailə anaya salam yolladı.
Şəhid analarının bir birinə bu qədər gözəl münasibəti bizi də çox sevindirir deyə layihə rəhbəri Sevil anaya öz təşəkkürünü bildirdi.
Layihə rəhbəri Gülnarə Məmmədovaya layihəyə edilən belə bir hədiyə üçün ayrıca təşəkkür etdi. Tədbirdə QHT sədrləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Layihə rəhbəri
HTAİB-ni sədri Elnarə Abbasova.




Digər xəbərlər
14:32 Bu, qocalmanı ləngidir - Rus mütəxəssis
14:30 İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır
14:27 Qərb Cənubi Qafqazı yenidən alov topuna döndərməyi planlaşdırır
14:24 "Həzi Aslanov" stansiyasında təmir nə vaxt başa çatacaq? - Rəsmi CAVAB
14:22 Rusiya daha üç yaşayış məntəqəsini ƏLƏ KEÇİRDİ
14:20 Azərbaycan deputatları İrəvana gedir?
14:16 Gələn il imtahan verəcək şəxslərə ŞAD XƏBƏR - Yeni model gəlir
14:12 Rusiya nüvə sınaqlarını bərpa edə bilər: ABŞ-a SƏRT XƏBƏRDARLIQ