hemle

Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyi (HTAİB) Gəncədə tədbir keçirdi

Tarix:23-04-2023, 17:01
Baxış Sayı:209

Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyi (HTAİB) Gəncədə Azərbaycan Texniologiya Universitetində tədbir keçirdi. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlartına Dövlət Dəstəyi Agentliyinin 2022-cü ildə elan etdiyi qrand müsabiqəsində təşkilatımız yenədə qaliblər sırasındadır. Layihə tariximizin qəhraman övladlarının tanıdılması, adlarının əbədiləşdirilməsi üçün iki müharibə veteranı qadınımızın, iki şəhid oğlu ilə bağlı “Ana laylasıyla çağırdı Vətən” adlı filmin çəkildi və filmin Gəncədə Azərbaycan Texnologiya Universitetində təqdimat tədbiri keçirildi. Fimin qəhramanları Gəncə şəhərindən olan qazi ana Nailə Ələkbərli, şəhid oğlu Rəşad Ələkbərli, müharibə veteranı Sevil Hüseynova, şəhid oğlu Zaur İsmayılzadədir. Layihənin tədbirləri Bakı, Gəncə və Lənkəran şəhərlərində keçiriləcəkdir.
“Ana laylasıyla çağırdı Vətən” filmi hazırdır və layihə sona yaxınlaşır. “Vətən sizə övlad dedi” adlı layihənin icrası məqsədi ilə çəkilmişdir. “Ana laylasıyla çağırdı Vətən” filminin təqdimat tədbirinin 17 aprel 2023- cü il tarixində saat 13-00 da Azərbaycan Dövlət Texnologiya Universitetində, keçirildi. “Həqiqət Tarixi Araşdirmalar” İctimai Birliyinin təşkil etdiyi tədbirdə QHT rəhbərləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbiri giriş sözü ilə Universitetin prorektoru Şahmar Həsənov açdı. Tədbir təşkilatçıları və layihə haqda qısa məlumat verdikdən sonra sözü layihə rəhbəri, HTAİB-nin sədri Elnarə Abbasovaya verdi. Elnarə xanım Agentlik və layihə haqda qısa məlumatr verdi və filmin təqdimatı başlandı. Filmə baxdıqdan sonra filmin müzakirəsi təşkil edildi. Şəhid anaları, qazilər, və digər çıxışçılar filmin yüksək səviyyədə çəkildiyni bildirdilər. Filmin təqdimat tədbirinin keçirilməsi və ümumilikdə tədbir yüksək səviyyədə təşkil edildiyinə görə tədbirin sonunda layihə rəhbəri Elnarə Abbasova Azərbaycan Texnologiya Universitetinin rəhbərliyinə və bütün kollektivə öz təşəkkürünü bildirdi. Tədbir iştirakçılarına filmin diskləri paylanıldı.
Layihə rəhbəri, HTAİB-ni sədri Elnarə Abbasova.





Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat