hemle

ABP aprel işğalının ildönümündə toplandı.

Tarix:28-04-2023, 14:00
Baxış Sayı:119


Azərbaycan Bütövlük Platforması növbəti tədbirini keçirib.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun ildönümü ilə bağlı "Cümhuriyyətin süqutundan çıxan dərslər: rus işğalından bütövlüyə doğru" mövzusunda baş tutan elmi-nəzəri tədbir çox maraqlı diskussiyalarla müşahidə olunub.
Tədbiri giriş sözü ilə açan ABP sədri Bəhram İsmayıl bu günün tarixdəki yeri və öyrənilməsinin əhəmiyyəti haqda qısa giriş çıxışı edib.
İlk olaraq, tarixçi professor Nəsib Nəsibli geniş məruzə ilə çıxış edərək aprel faciəsinin mahiyyəti və səbəbləri haqda danışıb. Rus imperializminin Azərbaycana vurduğu zərbələrdən danışan məruzəçi bütün bu proseslərdən dərs götürməyin vacibliyini qeyd edib.
Daha sonra AMEA-nın şöbə müdiri, tarixçi alim, professor Kamran İsmayılov məruzəsində o dövrün tarixi sənədlərində əks olunmuş faktlara toxunub. Kamran İsmayılov arxiv sənədlərinin o dövr və xüsusilə də aprel işğalı haqda tam bilgi yaratması üçün əvəzsiz qaynaq olduğunu bildirib.
Məruzəçilərdən sonra çıxış edən AXP sədri Pənah Hüseyn tarixi olaylardan bu günə görə dərs çıxarmağın vacibliyini bildirib. O qeyd edib ki, hazırkı geopolitik durum Azərbaycanın öz maraqlarını təmin etməyi zəruruləşdirir.
Dünyanın yenidən bölüşdürüldüyünə diqqət çəkən P. Hüseyn bölüşdürülənlərdən olmamamız üçün çox güclü olmamızın vacibliyindən danışıb.
Daha sonra hüquq elmlər doktoru İbrahim Xəlil Balayoğulları cümhuriyyətin uzunömürlü olmamasında öz subyektiv fikirlərini söyləyib və bu aspektdə ciddi müzakirə gedib.
ADR Ali Məclisinin üzvü tarixçi araşdırmaçı Nəcəfəli Cahangirli cümhuriyyətin süqutunu o dövrün beynəlxalq şərtləri ilə əlaqələndirib.
Milli Azadlıq Hərəkatının öncüllərindən Siyavuş Mustafaev, ABP İ H-nin üzvü Qafqazmediyanın baş redaktoru Kamran Güllər və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbirin sonunda məruzəçilər və iştirakçılar dəyirmi masanın önəmini qeyd edərək, ABP- nin bu cür tədirləri daha sıx-sıx keçirməsinin vacibliyini vurğulayıblar

















Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar