hemle

Azərbaycan Bütövlük Platforması növbəti tədbirini keçirib.

Tarix:27-03-2023, 17:22
Baxış Sayı:9

Dəyirmi masa formatında keçirilmiş tədbir 31 mart soyqırımının ildönümünə həsr olunub.
Tədbirə AMEA və BDU- nun tarixçi alimləri, ictimaiyyətin tanınmış şəxsləri qatılıb.
Soyqırım qurbanlarının xatirəsi anıldıqdan sonra tədbiri giriş sözü ilə açan ABP sədri Bəhram İsmayıl millətimizin tarixində rol oynamış bütün hadisələrin anılmasının, öyrənilməsinin və dərs çıxarılmasının vacibliyini vurğulayıb.
İlk məruzə ilə çıxış edən professor Boran Əziz 1918- ci il mart hadisələrini geniş analiz edib və bu gün Qarabağda baş verən hadisələrlə müqayisə edib.
Tarixçi-alim məruzəsində eyni zamanda cümhuriyyət qurucularının parlaq fəaliyyətindən bəhs edib.
Növbəti məruzəçi AMEA Tarix İnstitunun alimi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov mart qırğınlarının mahiyyətini açıqlayıb və qeyd edib ki, işğalçı güclərin məqsədi xalqımızı ərazilərimizdən təmamilə çıxarmaq olub.
Maraqlı faktlara toxunan alim həmin dövrdə xalqımızın bu işğal- qətliama qarşı misilsiz mübarizəsindən və bu mübarizənin istiqlalla yekunlaşmasından danışıb.
Kamran İsmayılov eyni zamanda Zəngəzur ərazisinin ermənilərə verilməsi ilə bağlı heç bir hüquqi sənədin olmamasını xüsusi qeyd edib.
Daha sonra söz alan AMEA-nın gənc tarixçi-alimi tarix elmlər doktoru Nigar Gözəlova mart soyqırımının qərb mənbələrindəki araşdırmalarından danışıb və o zamanın, istər İngiltərə, istər Amerika, istər digər ölkə mənbələrində yüzlərlə məqalələrinin olması faktını qeyd edib, bu arxivlərin araşdırılmasının vacibliyini vurğulayıb.
Nigar Gözəlova elə hənin dövrdə də bir çox qərb dairələrinin erməniləri haqsız müdafiə etmələrinə toxunub və bu gün baş verən hadisələrlə paralellər aparıb.
Keçmiş baş nazir, AXP sədri Pənah Hüseyn bu gün Qarabağda baş verən önəmli hadisələri şərh edib.
O təklif edib ki, toplantı iştirakçıları adından bu günlərdə hərbçilərimizin atdığı addımlara dəstək çağırışı edilsin.
Təklif yekdilliklə qəbul olunub və tədbir iştirakçıları ordumuzun və dövlətin yanında olduqlarını bəyan ediblər.
Tədbirdə iştirak edən QHT sədri Radə Abbas, Milli Azadlıq Hərəkatının parlaq simalarından Bünyamin Qənbərli, Siyavuş Mustafayev, filaloöiya üzrə elmlər doktoru, professor Vidadi Bəşirov, qazi Xalıqverdi Həsənov və digərləri çıxışlarında mart hadisələrindən danışaraq, baş verən işğal- qətliamın qətiyyən unudulmamasının vacibliyinə toxunublar.
Beynəlxalq İnformasiya Mərkəzinin direktoru ədliyyə generalı Firdövsi Ələkbərov bu tədbirin və tədbirdəki məruzələrin həm ölkə içtimaiyyətinə, həm də müxtəlif dillərə tərcümə olunaraq beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vuröulayıb.
Ciddi diskussiya şəraitində keçən tədbir rəsmi hissədən sonra da müzakirələrlə davam edib.




















Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar