hemle

20 Yanvar - qanla yazılan istiqlal tarixi

Tarix:17-01-2023, 10:10
Baxış Sayı:150

Azərbacan Bütövlük Platforması (ABP) 20 Yanvar hadisələrinin ildönümünə həsr edilmiş "20 Yanvar - qanla yazılan istiqlal tarixi" mövzusunda tədbir keçirib.

Qafqaz.media xəbər verir ki, tədbirə bir çox siyasi partiyaların və təşkilatların nümayəndələri qatılıb.

Giriş sözü ilə çıxış edən ABP sədri Bəhram İsmayıl 20 Yanvar gününün tariximizdəki yeri haqda məlumat verib.

Daha sonra "20 Yanvar” İctimai Birliyi sədrinin müavini Sahib Əlizadə rus ordusunun 90-cı ildə Bakıda törətdiyi qətliam haqda danışıb.

Azərbaycan Xalq Hərəkatının aparıcı şəxslərindən olan AXP sədri Pənah Hüseyn 20 Yanvar hadisələrinin siyasi aspektləri, bu hadisələrin bütövlükdə sovet imperiyasının dağılmasında rolu haqda çıxış edib.

Sonra çıxış edən "Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas, Göçə-Zəngəzur Türk Cümhuriyyəti adından Rizvan Talıbov, Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafa, Milli Hərəkatın öncüllərindən Bünyamin Qənbərli, AMİP Siyasi Şurasının üzvü Teyyib İsmayıl və digərləri çıxış edərək 1990-cı il 20 Yanvar hadisələrinin istiqlal tariximizdəki yeri və rolu haqda danışıblar.

Tədbir tarixçi-alim, porofessor Boran Əzizin çıxışı ilə başa çatıb.






Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar