hemle

Nurulla Əliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Həqiqi (Akademik) Üzvü Seçildi Və “Beynəlxalq Qızıl Ulduz” Medalı Ilə Təltif Olundu

Tarix:29-04-2020, 19:25
Baxış Sayı:1 417

2020-ci il 15 mart tarixində Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasında Rəyasət Heyətinin keçirilən iclasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərb tarixi üzrə professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, “Dədə Qorqud” Milli Fondun rəyasət heyətinin üzvü, “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin üzvü, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Arif oğlu Əliyev Akademiyanın həqiqi (Akademik) üzvü seçilib və onun fəxri üzvü statusu ilə təltif olunub. O, həmçinin türk dünyası hərb tarix elminə verdiyi böyük töhfələrə və yüksək ixtisaslı zabit kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə Akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalına layiq görülüb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Elmi şuranın iclasında Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə nümayəndəsi, professor Elçin İsgəndərzadə akademiyaya üzvlük diplomunu, “Beynəlxalq Qızıl Ulduz” medalını və vəsiqəsini, mantiyanı Nurulla Əliyevə təqdim edib.
Qeyd edək ki, akademiyanın medalına türk dünyasının çox məşhur insanları - Süleyman Dəmirəl, Rauf Denktaş, Çingiz Aytmatov, İhsan Doğramacı və başqaları layiq görülüblər: “Azərbaycandan Akademiyanın həqiqi üzvlüyünə görkəmli alimlərimiz akademik Ramiz Mehdiyev, akademik Arif Paşayev, akademik Cəmil Əliyev, akademik Xoşbəxt Yusifzadə, akademik Yaqub Mahmudov, akademik Nailə Vəlixanlı və başqaları seçiliblər.Nurulla Əliyev Azərbaycan Respublikasında bu ada layiq görülənlər sırasında ilk hərbçi-alimidir.
Əliyev Nurulla Arif oğlu, 1962-ci ilin sentyabr ayının 25-də RF-nın Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olmuşdur. Azərbaycanlıdır.
1969-cu il tarixində 1977-ci il tarixədək Bakı şəhərinin 68 saylı orta məktəbdə oxumuşdur. 1977-ci ildən 1979-cu ilə qədər təhsilini C.Naxçivanski adına ibtidai hərbi məktəbində davam etdirmişdir. 1979-cu il tarixində Kiyev Ali Hərbi Dəniz Siyasi məktəbinə daxil olmuşdur, 1983-cü ildə həmin məktəbi tarix və ictimaiyyət müəllimi, hərbi-siyasi ixtisası üzrə bitirmişdir. 1992-ci ildə Moskva Dövlət Universitetində təhsil almışdır, pedaqogika və psixologiya ixtisası üzrə diplom verilmişdir. 1990-cı ildə RF-nın Hərbi Siyasi Akademiyasına daxil olmuş və 1993-cü ildə həmin Akademiyasının HDD-nın operativ taktiki, hərbi pedaqogika və psixologiya ixtisası üzrə bitirmişdir. 1999-2000-ci illərdə “NATO-sülh naminə” kurslarını keçmişdir.
Nurulla ƏliyevAzərbaycan Respublikası Silahlı Qüvvələrinin görkəmli hərbçi və kamil alimidir.
Azərbaycanın ləyaqətli oğullarından biri, 1992-1995-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mərkəzi aparatında, 1995-ci ildə döyüş bölgəsində, 1997-2010-cu illərdə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin rəisi, 2010-2015-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Çin Xalq Respublikasındakı Hərbi Attaşesi vəzifəsində xidmət etmişdir.
Qarabağ döyüşlərinin iştirakçısı, Azərbaycanda Ordu quruculuğu və zabit kadrların hazırlığı işinə kifayət qədər töhfə verən, bu sahədə böyük səylə çalışan, ölkəmizin hərb və hərbi-dənizçilik tarixi elminin təməlində dayanan yorulmaz tədqiqatçısı kimi uğurlar qazanaraq Azərbaycanın görkəmli simaları sırasına daxil olmuşdur. O, dərc edilən “Böyük Dərbənd Ensiklopediyası”nın tərtibçisi, 8 monoqrafiyaların, 43 kitablar və dərs vəsaitlərin, 11 tədris proqramları və metodik vəsaitlərin, o cümlədən respublikada və xaricdə çap olunan 162 elmi məqalələrin müəllifidir.
N. Əliyevin ilk dəfə vətən tarixşünaslığında, qədim zamanlardan XXI əsrin əvvəlinədək Azərbaycanın hərbi-dənizçilik tarixinin tədqiqatını aparmış və hərb tarixi elminin inkişafına dəyərli töhfələr vermiş alimlərdəndir. Onun “Azərbaycanda hərbi dənizçilik işi (X-XV əsrlər)” (2000), “BAHDM yaranmasının tarixi aspektləri” (2000), “Xəzər bölgəsində geosiyasi rəqabət və Azərbaycan” (2001), “Şirvanşahların Hərbi-Dəniz Donanması” (2003), “Azərbaycan hərb tarixi” Ən qədim zamanlardan birinci dünya müharibəsinədək mühüm hərbi-siyasi hadisələrin xronoloji xülasəsi (2004), ikicildlik «Azərbaycan hərbi dənizçilik tarixi» (2005), Iki hissədən ibarət “Azərbaycan hərb tarixi. Ən qədim zamanlardan XVI əsrə qədər” (2017), “Böyük Dərbənd Ensiklopediyası” (2018) , “Dərbənd: tarixi oçerklər” (2020) və digər kitabları elmi və hərbi ictimaiyyətin diqqətinə catdırılmışdı.
2015-ci ildə Azərbaycan Ordusundan ehtiyata buraxılandan sonra fəal ictimai fəaliyyəti ilə cəmiyyətdə özünə böyük rəqabət qazanıb. 2016-ci ildə Azərbaycan Respublikası “Dərbənd” Xeyriyyə İctimai Birliyin sədri seçilir və hal-hazırda həmin vəzifədə çalışır. Müharibə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır.
N. Əliyev öz gərgin əməyi ilə bir ailəyə deyil, bütün Azərbaycana məxsus şəxsiyyətdir. Belə ziyalı şəxsiyyətlər millətin qiymətli sərvətidir. İnanırıq ki, N.A.Əliyevin qaynar fəaliyyəti hələ irəlidədir və biz gələcəkdə də onun yeni-yeni uğurlarından xəbər tutacağıq.

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan