hemle

Azərbaycan və Ukraynanın elmi müəssisələri arasında əməkdaşlıq genişlənir

Tarix:14-04-2018, 13:46
Baxış Sayı:456

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu ilə Xarkov Milli Radio Elektronika Universiteti arasında elmi əlaqələrin qurulması məqsədilə memorandumun imzalanmasına dair razılıq əldə olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, razılıq Ukraynanın Tətbiqi Radio Elektronika Elmlər Akademiyasının həqiqi üzvü, Xarkov Milli Radio Elektronika Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru, professor Murad Ömərovla görüşdə əldə edilib. Görüşdə İnformasiya Texnologiyaları İnstitutu və Xarkov Milli Radio Elektronika Universiteti ilə elmi əməkdaşlıq perspektivləri müzakirə olunub.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev Ukraynanın bir sıra elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq istiqamətində sıx münasibətlərin mövcud olduğunu və bu əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

M.Ömərov İnformasiya Texnologiyaları İnstitutu ilə birgə elmi tədqiqatların aparılmasında və əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib. O, gələcəkdə iki ölkənin elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin, kadr və təcrübə mübadiləsinin aparılmasının və birgə tədqiqatlarda iştirakın zəruriliyini qeyd edib.

Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi