hemle

Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi

Tarix:Dünən, 19:43
Baxış Sayı:445

 

Bakıda "Lexus" sürən idmançı yolda mübahisə etdiyi qadın sürücünü təqib edərək Milli Məclisin qarşısında onu təhqir edib.

Cabbar Quliyev (ad və soyad şərtidir) yolda idarə etdiyi "Lexus" markalı avtomobillə hərəkətdə olan zaman "Changan" markalı avtomobili idarə edən qadın sürücü onun hərəkət yoluna çıxıb.

Qadının sözlərinə görə, öz təqsirini etiraf edib üzr istəyəndə Cabbar onu təhqir edib. O da Cabbara cavab verərək yoluna davam edib. Lakin Cabbarın qəzəbi bununla soyumayıb və qadın sürücünün arxasınca gedərək Milli Məclisin qarşısında ona çatıb, avtomobili ilə yolunu kəsib və mübahisəni davam etdirib. Qadın avtomobildə qızı da olduğu üçün qorxub.

O, polisə müraciət edib. Cabbar xırda xuliqanlıqda təqsirli bilinib və 50 manat cərimə edilib. Cabbar keçmiş idmançı olduğunu, hazırda "Şüşəli bazar"da işlədiyini deyib. O, özünü təqsirli bilmədiyini söyləyib.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı