hemle

“Azərbaycanın yeganə yolu müharibə yoludur, buna hazır olmalıyıq!” - Vahid Əhmədov

Tarix:24-04-2020, 18:25
Baxış Sayı:554

“Yadımdadır, biz 1994-cü ildə bu parlamentdə atəşkəs haqqında sazişi təsdiqləyəndə bir məsələni əsas götürmüşdük ki, bu müddətdə Azərbaycan iqtisadi cəhətdən inkişaf etsin, ordusunu gücləndirsin. Artıq 26 ildir Azərbaycan atəşkəs rejimində yaşayır. Bu müddətdə Azərbaycan iqtisadiyyatı kifayət qədər inkişaf edib, ordusu da güclənib, dünyanın ən güclü orduları sırasındadır”.

Bu fikirləri Milli Məclisin iclasında deputat Vahid Əhmədov söylədi. Ardınca qeyd etdi ki, ancaq yenə də biz ATƏT-in Minsk Qrupundan yapışırıq, Lavrovun çıxışına diqqət kəsilirik, Ermənistanın nə deyəcəyini gözləyirik:

“Birdəfəlik bilmək lazımdır, Azərbaycanın yeganə dostu Türkiyədir! Ona görə də Azərbaycan təcili şəkildə Türkiyə ilə hərbi ittifaqa girib torpaqlarının işğaldan azad edilməsi barədə qərar verməlidir”.

V.Əhmədov Bakıda 30 mindən çox erməninin yaşadığı barədə vaxtaşırı səsləndirilən fikirlərə diqqət çəkdi:

“Niyə o ermənilərdən birinin səsi çıxmır? Niyə səslərini qaldırmırlar ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub? Nə qədər humanistlik ermək olar? Sülh danışıqlarının davam etdirilməsinə heç kəs etiraz etmir. Ancaq sülh yolu ilə dünyada heç kim torpaq qaytarmayıb. Qarabağ da yalnız müharibə yolu ilə qaytarıla bilər. Lavrov bir dəfə çıxıb deyir 5 rayon, sonra deyir 5+2 rayon qaytarılacaq. Azərbaycanın yeganə yolu müharibə yoludur, buna hazır olmalıyıq! Başqa kim nə deyirsə, bunlar hamısı utopioyadır. Azərbaycanın dövlət başçısının arxasında dayanaraq torpaqlarımızı azad etməliyik!”(Musavat.com)

Digər xəbərlər
21:10 "WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ: Dərhal...
21:08 "İnstagram"da yeniyetmələrə canlı yayım qadağası - Bu icazə şərt olacaq
21:06 Hamının içdiyi məşhur dərman kişi sonsuzluğu yaradır - Alimlər AŞKARLADI
21:03 NASA yaxın beş il ərzində Marsa astronavt göndərməyi mümkün hesab etmir
20:29 Xanlar Vəliyev təqaüdə göndərildi
20:27 Qarabağ ermənilərinin yeni pasportlarında doğum yerinin Azərbaycan göstərilməsinə aydınlıq gətirilib
20:23 ABŞ bu məhsulu Türkiyədən daşıdı: Kəskin bahalaşdı
20:19 Sabah iki rayon QAZSIZ QALACAQ