hemle

AVMVİB sədri antiterror əməliyyatlarının başlanmasına çağırdı

Tarix:7-08-2019, 14:32
Baxış Sayı:640

AVMVİB sədri antiterror əməliyyatlarının başlanmasına çağırdı

AVMVİB sədri Füzuli Rzaquliyev sorğumuza cavab olaraq, Azərbaycan torpaqlarında "Ümumerməni yay oyunları"nın keçirilməsi və Nikol Paşinyanın Qarabağa qanunsuz səfərindən müharibə veteranlarının hiddətləndiklərini bildirdi.

Yetər artıq deməyin vaxtıdır. Biriləri Zara adlı bir əxlaqsızı ölkəyə soxuşdurur, biriləri Aradadaş kimi bir ermənini biznes şəriki olduğu üçün diaspora elan edir, biriləri Ara Abramyanın mirzəliyini edir, biri erməniyə dost deyir, biri erməni kilsələrinə pulsuz qaz verir, daha nələr, nələr. Bu nə deməkdir? Bu ölkə tam işğaldadırsa elan edin, xalq öz işinə baxsın.

Bizim Dövlətin imici ayaqlar altına salınıb. Biz dəfələrlə bəyan etmişik və yenə bəyan edirik ki, bu torpaqları erməniyə vətən deyil, kəfən edəcəyik. Bunu içimizdə erməni-rus kolonu qulağında sırqa eləsin. Yaşından asılı olmayaraq, hər bir veteran torpaqlarımızın alınması üçün Ali Baş Komandanının əmrinə müntəzirdir. Cənab İlham Əliyevin mövqeyi olan "ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik" mövqeyini əsas tutmaqla ərazi bütövlüyünü təmin etməliyik. Bu yolda erməninin anlayacağı tək yol? müharibədir. Çünki BMT-nin 4 qətnaməsini, ATƏT Minsk Qrupunun tövsiyyələrini heçə sayan bir yığnaqla danışmaq vaxt itirməkdir. BMT qətnamələrində işğal ərazilərində tiknti aparılması, məskunlaşma qadağan edilib. Baxın tikinti aparılan Laçında, Zəngilanda, Qubadlı və Kəlbəcərdə erməni yaşayırdımı?

AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, son hadisələri hər bir döyüşçü öz milli heysiyyətlərinə təhqir kimi qəbul edir və bu erməni faşizmini ölkədən süpürüb atmaq üçün gecikmədən Qarabağda beynəlxalq hüquqla təsbit olunmuş şəkildə antiterror əməliyyatlarına başlamaq lazımdır. Bu yolda Ali Baş Komandanın əmrini gözləyir və onun yanındayıq.


Elnur Səlim

Digər xəbərlər
16:02 Sürücülər DİQQƏT: 40 manat cəriməsi var
15:57 İran səfirliyimizə hücum edən şəxslə bağlı qərar verdi
15:53 İrəvanın sərhəddə yeni oyunu: Qərb qüvvələri qalacaq?
15:49 Bu şəxslər 1500 manatədək cərimə ediləcək
15:47 Müəllimlər üçün güzəştli kart hazırlanır: Nələr daxildir?
10:51 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
10:37 Ukrayna ordunu bu istiqamətdə toplayır: Rusiyaya kütləvi hücum başlayır?
09:50 Türkiyədə faciə qurbanlarının sayı YENƏ ARTDI