İyulun 18-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsində Müdafiə Nazirliyinin İdealoji iş və Mənəvi Pisxoloji Təminat İdarəsinin rəisi, Şəxsi Heyət Baş İdarə rəisinin müavini- general mayaor Rasim Əliyev veteranlarla görüş keçirdi.
Dəyirmi masa iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad etdilər.
Öncə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev danişdı. Sədr, müharibə əlilləri və müharibə veteranlarının dövlət, xalq qarşısında böyük xidmətləri olduğunu, bu kateqoriyadan olan vətəndaşlara cəmiyyətdə daim diqqət və qayğı göstərildiyini, eyni zamanda onların dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiyini bildirməklə yanaşı , veteranların üzləşdiyi problemləri dəyirmi masada səsləndirdi.
Tədbirdə çıxış edən AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki, Ermənistanla olan müharibə vəziyyəti hər an torpaqlarımızın güc yolu ilə azad olunması reallığını ortaya qoyur. Bu işin reallaşdırılması əsasən Ordumuzun və gənc nəslin üzərinə düşür. Belə bir şəraitin mövcud olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Hər bir vətəndaşa milli ruhun aşılanması prosesi hələ körpə yaşlarından həyata keçirilməli, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir. Orta məktəblərdə tədris olunan hərbi hazırlıq fənlərinin böyük əhəmiyyəti var. Hərbi hazırlıq dərslərində şagirdlər təkcə silahlardan istifadə qaydalarını öyrənməməli, eyni zamanda, Vətənə bağlılığını artırmalı, onu müdafiə etmək borcunu öz üzərinə götürməlidir. Xatırladım ki, Azərbaycan zaman-zaman zəif düşdüyünə və bu istiqamətdə zəif iş apardığımıza görə bu gün öz torpaqları ilə həmsərhəddir. Ona görə də bu sahədə ciddi işlər görülməlidir və Müdafiə Nazirliyi bu işlərin avanqardı rolunu öz üzərinə götürməlidir.
Tədbirdə çıxış edən General-mayor Rasim Əliyev bildirdi ki, “Dövlətimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, hərbi xidmət dövründə vəzifə borclarını yerinə yetirərkən əlil olmuş şəxslər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. General bildirdi ki, tədbirdə iştirak edənlər birinci Qarabağ döyüşlərində rəşadətlə vuruşan insanlardı. O, Dəyirmi masa iştirakçılarının hər zaman gənc nəslə örnək olduğunu vurğuladı.
General Rasim Əliyev savaş görmüş veteranlar və Müdafiə Nazirliyinin əməkdaşları ilə birlilkdə orta məktəblərdə, o cümlədən digər tədris müəssiələrində vətəpərvərlik mövzusunda marifləndirici tədbirlərin kecirilməsinin vacibliyini qeyd etdi.
Görüşdə müharibə veteranları ilə Müdafiə Nazirliyi ilə birgə keçirdiyi hərbi vətənpərvərlik mövzusunun məktəblilər arasında yaymaq üçün tədbirlərin təşkili, veteranların, əlillərin problemləri barəsində diskusiya aparıldı.
Çıxış edən müharibə veteranları da onları maraqlandıran məsələlər barədə öz fikir və təkliflərini bildirdilər. Həmçinən belə görüşlərin mütamadi keçirilməsinin vacibliyini vurğuladılar.
Görüşdə AVMVİB sədrinin I müavini Kamil Şirinov, AVMVİB sədrinin müavinləri Vahid Abdurəhmanov, Abbas Hüseynli də çıxış edərək müharibə veteranları ilə bağlı bir sıra problemlərə toxundular.
Tədbirin əsas qayəsini gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxılması təşkil edirdi. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissləri yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir.
Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. Vətənpərvərlik anlayışı müxtəlif mənalarda işlənib. Amerika və Fransa burjuaziya inqilabları zamanı XVIII əsrdə bu, inqilabi ideologiya ilə əlaqələndirilmiş və "millət" anlayışı ilə eyniləşdirilib. Sonralar vətənpərvərlik yeni dövlətlərin, milli və milli-azadlıq hərəkətlərinin yaranması zamanı və müharibələr ərəfəsində daha da aktuallaşıb. Tarix boyu vətənpərvərlik mühüm rol oynayıb.
Bu istiqamətdə hər kəsə uğurlar arzu edirik.
Tədbirin sonunda xatirə şəkli çəkildi.
Elnur Səlim