hemle

HEÇ ZAMAN BİTMƏYƏN "ERMƏNİ OYUNLARI", bəlkə biz də Xankəndində bir "Ümum Azərbaycan oyunları" keçirək?

Tarix:6-08-2019, 14:04
Baxış Sayı:619

Paşinyan Azərbaycana gəlib. Eynən Zara kimi. Biri oxumağa, biri də oynamağa. Ermənistan KİV-ləri Paşinyanın çıxışına səxavətlə yer ayırmaqdadır və biz onun çıxışını ixtisarla diqqətinizə çatdırırıq və Sizi sıxca, ellikcə Həzrəti Lazımı gözləməyə davam etməyinizi məsləhət görürük.

Ermənni KİV-ləri yazır: "Dünyanın bütün qürurlu ermənilərini salamlayıram və 1988-ci ildə bu Dirçəliş meydanını coşduran şüarı söyləmək istəyirəm: “Miatsum! Miatsum! ”-deyə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Stepanakertdə toplaşan mitinqdə bildirib.

Mitinqdə iştirak edən vətəndaşlar Baş nazirə cavab olaraq "Miatsum!" şüarını səsləndirdilər.

Qeyd edək ki, Stepanakertdəki Dirçəliş Meydanında Ermənistanın Baş naziri qondarma respublikanın rəhbərliyi ilə birlikdə VII Ümumerməni Yay Oyunlarının açılışına həsr olunmuş mitinqdə iştirak edir.

2018-ci ilin yazında Ermənistandakı inqilab Ermənistan Respublikasında yeni bir dönəm yaratdı. Bu yeni reallıqların Diaspor və "Artsaxın" həyatına birbaşa təsir göstərməsi aydındır. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Stepanakertdəki İntibah Meydanındakı mitinq zamanı söylədi.

Qeyd etdi ki, bu gün bu diaspor və "Artsaxın" həyatına necə təsir etməsi məsələsi geniş müzakirə olunmalıdır. Paşinyanın sözlərinə görə, bu suala cavab tapmaq üçün ilk növbədə 2018-ci ildə baş verən inqilabın mahiyyətini anlamaq və qiymətləndirmək lazımdır.

"İnqilab baş verən günlərdə "Artsaxın" cəbhə xəttində müdafiə və sabitliyi təmin edə bilməsi faktı, inqilabi Ermənistana izah edilməz güc və inam verdi. Çünki cəbhə xəttindəki hər hansı bir təxribat Ermənistandakı hadisələrin siyasi inkişafının məntiqini alt-üst edərdi və gözlənilməz nəticələrə səbəb ola bilərdi"-deyə Paşinyan bildirdi.

Baş nazirin sözlərinə görə, inqilab günlərində, əslində, rolların simvolik bir əvəzlənməsi baş vermişdi.

"Əgər inqilabdan əvvəl və Ermənistan "Artsaxın" arxasında durmuşdusa, 2018-ci ilin yazında "Artsax" Ermənistanın və inqilabın arxasında dayandı - arxada möhkəm dayanmağınız inqilabi proseslərə böyük güc qatdı. Mən sizinlə fəxr edirəm, əziz artsaxlılar! ”-deyə Nikol Pashinyan davam etdi.

Erməni inqilabının nəticəsi erməni cəmiyyətində konsolidasiya və uzun illər hökm sürən parçalanmaların rədd edilməsi olmalıdır.

.“Bu, ilk növbədə qarabağlı, icevanlı, gümrülü və Diaspor ermənilərinə ayıran düşüncələrdən imtina etməyimiz deməkdir. Bu o demək deyil ki, doğma yerlərimizdən, doğma yurdumuza olan hisslərimizdən imtina etməliyik. Sadəcə, bu, o deməkdir ki, hər birimiz üçün belə deyimlər mənşə bölüşdürən amil deyil, bütün erməniliyin konsolidasiyasının təmin edən faktor olmalıdır"- deyə Nikol Paşinyan mitinq iştirakçılarına səsləndi.

Ortaq hədəflərin həyata keçirilməsi üçün qüvvələri birliyə çağırdı və bildirdi ki, bu yiolda ümumi məqsəd Ermənistan və "Artsaxın" inkişafı və möhkəmləndirilməsi olmalıdır.

Bu, hakimiyyətin formalaşmasının yeganə mənbəyi xalq və onların azad iradəsidir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Stepanakertdəki Dirçəliş Meydanındakı mitinqdə "Artsaxda" keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar fikir bildirərkən deyib.

“Xalqın iradəsini təhrif etmək üçün edilən hər bir cəhd anti-dövlət və xalq əleyhinə hərəkət kimi qiymətləndirilməlidir. Bu baxımdan, qarşıdan gələn prezident və parlament seçkilərinin "Artsaxda" azad rəqabət şəraitində, xalqın iradəsi üçün real təminatla keçirilməsini çox vacib hesab edirəm”-deyə Nikol Paşinyan davam etdi: "Buna görə də, Ermənistan Respublikası "Artsax" xalqının azad iradəsinin və bu iradə ilə qanuni hakimiyyətin təmin edilməsinin qarantı kimi çıxış etməlidir və fəaliyyət göstərməlidir."

“Ermənistan dünyanın 20 ən effektiv ordusundan birinə sahib olmalı, dünyanın ən effektiv kəşfiyyatından birini yaratmalı, turistlərin sayını 15 milyona çatdırmalı, təhsilin maliyyələşdirilməsini 20 dəfə artırmalıdır. Çoxları soruşa bilər ki, bəs Qarabağ niyə bu planlarda yoxdur? Cavab çox sadədir. Qarabağ Ermənistandır, vəssalam”.

Bizim bir Xarici işlər naziri var. 27 ildir ki, bu postda olanlar ATƏT Minsk Qrupunun "şam tutanları" ilə birgə o biri görüşün keçiriləcəyi yeri və məkanı müəyyən etməklə məşğul olurlar. Aldığımız silahlar köhnəlmədən, bəlkə Qarabağda bir "Ümum Azərbaycan oyunlarını" keçirək. Əgər keçirə bilmiriksə, Putin bizə qənim olsun. Axı bizlər, idman yarışları və "Jara" kimi "bezdarnıy" festivallar keçirməyi çox sevirik! Lap elə anası, arvadı erməni olanları ora göndərərik.

Paşinyanın “Arsax Ermənistandır”-dedi və bu gün Azərbaycan öz Dövlət imicinə azca hörmət bəsləyirsə, bu bəyanatın cavabını verməlidir. Əks hala yer qalmayıb...

Bu qədər!

AVMVİB Mətbuat Xidməti

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ