hemle

Rusiya Göyçə və Şəmşəddini Azərbaycana verəcək

Tarix:13-11-2018, 16:44
Baxış Sayı:721

Paşinyanın Putinə rəhbərlik istəyinin acı nəticəsi

Ermənistan Rusiyanın “böyük qardaşı” olmaq istəyir.

Atəsh.az İstiPress-ə istinadən xəbər verir ki, Rusiyanın “Rosbalt” portalı Ermənistanla Rusiya arasında son günlərdə yaranmış vəziyyətə həsr etdiyi məqaləni bu cür adlandırır.

Ermənistanın müdafiə naziri David Tonoyanın Gümrüdəki 102-ci hərbi baza və sərhədlərin Rusiya qoşunları tərəfindən qorunmas barədə müqavilələrə yenidən baxılacağı barədə açıqlamasını şərh edən portal bunun ümumi erməni əhvalını əks etdirdiyini göstərir. Müəllif fikrini erməni politoloq Levon Şirinyanın sözləri ilə izaş edir: “Paşinyan münasibətləri (Rusiyaya) birtərəfli tabe olmaq halından çıxarmaq istəyir, bunun üçün onun əlində xalqın “mandatı” var”,- deyə erməni politoloq bildirib.

Rusiya Göyçə və Şəmşəddini Azərbaycana verəcək

Politoloq iddia edib ki, Moskva “Ermənistanı sözəbaxan, baş əyən görməyə alışıb. Rusiya heç zaman Ermənistanı xilast etməyib, əksinə onu satıb və yalan vədlərlə doyurub, Azərbaycanla münasibətlər qurub. İndi o, bərabər tərəfdaşlığa razı olmağa məcburdur. …Ermənistanla münasibət qurmadan Rusiyanın Yaxın Şərq, o cümlədən Suriya siyasəti sıfra bərabər olur. Rusiya buna uyğun haqq verməlidir… Bizim xalqın şüuruna yeritmək lazımdır ki, ruslar bizim yekə qardaşlarımızdır, biz isə onların böyük qardaşlarıyıq… Əks halda hərbi bazanın mövcudluğu barədə qanunvericilik əsasında düşünməli olacağıq. Qoy bizi türk qorxuluğu ilə qorxutmasınlar”,- deyə Levon Şirinyan bildirib.

Türk qorxuluğu isə gerçəkdən çox qorxulu imiş ki, Nikol Paşiyan “Exo Moskvı” radiosuna müsahibəsində David Tonoyanın dediklərinin tam əksinə çıxıb. Hər halda 280 kilometrlik Türkiyə sərhəddi 4 min 500 Rusiya əsgəri tərəfindən qorunur, Türkiyə həmin sərhədi keçmək üçün Rusiyaya müharibə elan etməlidir. Buna görə Paşinyan Rusiya sərhədçilərini Ermənistan üçün çox vacib sayıb.

Lakin “Rosbalt” yazır ki, Ermənistan lideri Nikol Paşiyan Rusiyaya nə qədər üzgörənlik etsə də, NATO ilə əməkdaşlığa can atır. Məsələn, Ermənistan KTMT üzvü olduğu halda NATO-nun avqust ayında Gürcüstanda keçiriləcək “Nobel Partner” manevrlərinə qoşulacaq.

Düzdür, Paşinyan iddia edir ki, Ermənistan NATO-ya daxil olmaq istəmir, sadəcə məqsədi Rusiyaya və digər üzvlərə təsir edərək KTMT-ni daha peşəkar etməkdir. Amma Paşiyanın istəkləri isə yetərincə yüksəkdir və beynəlxalq hüquq normalarını aşır: O, KTMT-nin Azərbaycanla Qarabağ müharibəsində Ermənistana dəstək verməsini, KTMT üzvlərinin Azərbaycana silah satmasını dayandırmasını və s. tələb edir. Bir sözlə, Paşinyan Putinə rəhbərlik edib postsovet imperiyasını özü idarə etmək istəyir ki, bunu ona Rusiya heç zaman bağışlamaz.

Rusiya Göyçə və Şəmşəddini Azərbaycana verəcək

Amma Paşiyanın bu gedişləri təbii ki, məqsədlidir və o, Putini fakt qarşısında qoymaq istəyir ki, “bəs, siz bizə dəstək vermədiniz, bizə də məcbur olub NATO-ya yaxınlaşdıq”. Əslində, Cənubi Qafqaz ölkələri arasında NATO-ya girməyə ən çox şansı olan ölkə Ermənistandır. Çünki ərazisi başqa ölkə tərəfindən işğal olunmayıb. NATO ərazi problemləri olan ölkələri alyansa qəbul etmir. Həm də NATO-nun Ermənistanla birbaşa sərhədləri var. Ermənistan NATO-ya girməklə Qarabağ məsələsində indi malik olduğu dəstəyi daha da artıra bilər, çünki ATƏT-in Minsk qrupunun iki həmsədri - Fransa və ABŞ NATO üzvüdür. Hər halda, Ermənistanı bu çərçivədə Rusiyanın təklif etdiyi Lavrov variantından ağır variant gözləmir. Sadəcə, Paşinyan Rusiyanı Ermənistandakı rusofobiya faktı ilə üz-üzə qoyub yavaş-yavaş uzaqlaşdırmaq istəyir.

Təbii ki, bu, Rusiyanın Cənubi Qafqazı birdəfəlik tərk etməsi ola bilər. Buna görə, Moskva Ermənistanı da digər Cənubi Qafqaz ölkləri kimi NATO-ya yararsız hala salmalıdır. Bunun üçün lokal müharibə baş verməli və Ermənistan, məsələn, Rusiya sərhədçilərinin olmadığı Göyçə və Şəmşəddin regionlarını itirə bilər. Qarabağ münaqişəsi fonunda Qərb Ermənistanın bu itkilərini vecinə də almayacaq, çünki Ermənistan da 14-ə yaxın Azərbaycan rayonunu işğal edib. Amma əvəzində Ermənistanın Rusiyadan asılılığı daha da artacaq və İrəvanın NATO xülyası bir dəfəlik torpağa gömüləcək.

Azər Azadzadə Atəs

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı