hemle

ERMƏNİ HƏYASIZLIĞI

Tarix:13-11-2018, 17:03
Baxış Sayı:426

"Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna 3 namizədin adını irəli sürməyə hazırdır". Bu sözləri Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə Prezident Aleksandr Lukaşenko deyib.

Lukeşnko bununla bağlı bir neçə seçimlərinin olduğunu diqqətə çatdırıb: “Bu, Ermənistana laqeyd yanaşmağımızdan irəli gəlmir. Bu, birinin qazanması, digərinin məğlub olması deməkdir. Problem budur ki, Nikol Paşinyan Avrasiya İttifaqı və KTMT-yə keçid edən bir ölkəni öz hökumətilə qurmaqla məşğuldur. Ermənistan bu yükün altından çıxa biləcəkmi? Əgər Paşinyan bizi başa düşsə, Sankt-Peterburqda görüşəcəyik”.

Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin yeni baş katibinin adının dekabrın 6-da ittifaqın Sankt-Peterburqda keçiriləcək iclasında açıqlanacağını bildirib.

Qeyd edək ki, Ermənistanda barəsində cinayət işi açılan Yuri Xaçaturov vaxtından əvvəl KTMT-nin baş katibi postundan uzaqlaşdırılıb. Bundan sonra dönəm rəhbərliyi vaxtından tez Belarusa keçib. Astanada keçirilən KTMT -nin (Kollektiv Təhlükəsizlik Müqavilələri Təşkilatı) Zirvə toplantısında Ermənistan tərəfi əsil erməni həyasızlığı ilə qalmaqal salıb.
Toplantıda N. Paşinyan "təslim olmaq" istəmirdi. O, istəyirdi ki, KTMT-nin baş katibi yenə də erməni olsun. Amma Lukaşenko ilə Nazarbayev ona layiqli cavab veriblər. Onlar təklif edirdilər ki, yeni Baş katib Belarusun təhlükəsizlik katibi Stanislav Zas olsun. Paşinyan isə siyasi əxlaqa sığmayan şəkildə iddia edirdi ki, "Bu mümkün deyil, çünki Stanislav Zas Ali hərbi məktəbi Bakıda bitirib və onun Bakıda çoxlu hərbçi dostları var, həm də Belarus Azərbaycanı silahla təmin edir. Nazarbayev isə daim Azərbaycanı dəstəkləyir."

Ermənistan ittifaqa 2020-ci ilədək rəhbərlik etməli idi.

Azər Azadzadə Atəs

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış