hemle

Rəssam bacılar Xızıda tədbir keçirdilər!

Tarix:29-08-2021, 21:49
Baxış Sayı:504




28 Avqustda YAP-ın Yasamal Rayon təşkilatı və
"ZİRVƏ" Ziyalılar təşkilatının təşkilatçılığı və
Mədəniyyət Nazirliyinin Mədəniyyət Üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbovun dəstəyi ilə Ulu Öndərimiz Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” Xızıda baş tutdu. Azərbaycan Rəssamlar İttifaqının həqiqi üzvləri layihə və etüd rəhbərləri Elnurə və Aygün İsgəndərovaların saytımıza verdikləri məlumata əsasən “Vətənpərvərlik Etüdləri” bir ilk olmaqla yanaşı artıq beş ildir həyata keçirtdiklərini və bununla bölgələrimizi daha yaxından tanımaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır. İlk öncə etüd iştirakçıları olan yeniyetmə və gənclər Xızının Sayadlar kəndində yerləşən görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin ev muzeyində oldular. Muzeyin direktoru Orxan Əzimov muzeyin tarixi, şairin yaradıcılığı, keçdiyi keçməkeşli həyat yolu, ailəsi haqqında geniş məlumat verdi. Sonra iştirakçılar muzeyin eksponatları ilə yaxından tanış oldular. Xüsusi diqqət çəkən Xızının tanınmış rəssamlarından olan Minayə Dəyanətin M. Müşfiqin demək olar ki, bütün həyatını əks etdirən portreti və Sənan Talıbovun şəxsi təşəbbüsü ilə ərsəyə gələn "Oxu tar" abidəsi idi.
Sonda xatirə şəkilləri çəkildi. Daha sonra etüdün həyata keçirilməsi üçün akvarel dağları adlandırılan Xızı dağları və
Altıağac Baxışlı kəndi ərazisində rəssamlar bir-birindən gözəl əsərlər yaratdılar. Etüd iştirakçıları
ADRA-nın Rəsmiyyə Mahmudova və tələbələri
"Zirvə" Ziyalılar təşkilatı tərəfindən diplomla təltif olundular. Eyni zamanda "Sərin Bulaq" restoranında ləziz mətbəx nümunələrindən daddılar. Xatırladaq ki, təşkilatçı Aygün İsgəndərovanın bildirdiyinə görə Ulu Öndərimiz Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” il boyu davam edəcək.
Xüsusi müxbir: Aygün Oqtay






Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat