hemle

“Vətənpərvərlik etüdləri” layihəsi Ağcabədidə

Tarix:20-08-2021, 16:16
Baxış Sayı:260

Avqust ayının 14-də YAP-ın Yasamal Rayon təşkilatı, Ağcəbədi Rayon İcra
Hakimiyyəti və Ağcəbədi rayonundan millət vəkili Aqil Abbasın təşkilatçılığı ilə
Azərbaycanın Milli Qəhrəmanı Asif (FRED) Məhərrəmov adına fondun və MVQSY İB -
nin dəstəyi ilə Ulu Öndərimiz Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş
“Vətənpərvərlik Etüdləri” Ağcəbədi rayonunda baş tutdu. Azərbaycan Rəssamlar
İttifaqının üzvləri layihə və etüd rəhbərləri Elnurə və Aygün İsgəndərovaların saytımıza
verdikləri məlumata əsasən “Vətənpərvərlik Etüdləri” layihəsini artıq beş ildir həyata
keçirtdiklərini bildirdilər. Layihənin əsas məqsədi bölgələrimizi daha yaxından tanıtmaq
və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır.
Öncə etüd iştirakçılarını Asan Xidmət Mərkəzində Ağcəbədi Rayon İcra
Hakimiyyətinin başçısı Rafil Hüseynov qəbul etdi. Rafil müəllim səmimi söhbət zamanı
qonaqları salamlayaraq bu təşəbbüsün bölgələrimizin tanıdılması adına çox təqdirəlayiq
bir addım olduğunu qeyd etdi.
Boyat kəndində yerləşən Ağcabədi rayonu Məhəmməd Füzuli adına Boyat kənd
kitabxanasına səfər etdilər.
MVQSY İB-nin sədri Rada Abbas kitabxanaya üzərində Məhəmməd Füzulinin rəsmi
olan qədim xalça və 100 ədəd kitab hədiyyə etdi.
Növbəti dayanacaq Qarabağ Atçılıq Kompleksi oldu. Kompleksin əməkdaşları
iştirakçıları füsunkar Qarabağ cins atları ilə tanış etdilər və kompleksin fəaliyyəti
haqqında ətraflı məlumat verdilər.
İştirakçıların son dayanacağı Ağgöl Milli Parkı oldu. Gözəlliyi ilə göz oxşayan Ağgöl
Milli Parkından ilhamlanan rəssamlar və fotoqraflar bir-birindən gözəl rəsm əsərləri,
fotolar ərsəyə gətirdilər.
Sonda iştirakçılar diplom və “Xarı Bülbül” döş nişanı ilə təltif olundular.
Eyni zamanda əslən Ağcəbədi rayonundan olan Vətən müharibəsi şəhidi tibb xidməti
leytenantı Tariyel Salmanovun portreti ailəsinə xatirə olaraq hədiyyə olundu.
Beləliklə, layihə çərçivəsində iştirakçılar Ağcabədi rayonunun tarixi, təbiəti,
mədəniyyəti, milli-mənəvi dəyərləri, özünəməxsus ləziz mətbəxi ilə tanış olmaqdan şad
oldular.
Qeyd edək ki, qonaqlar arasında KKTC Bakı təmsilçiliyinin təhsil və mədəniyyət
atteşesi, dünyaca tanınmış fotoqraf Tevfik Ulual da iştirak edirdi.
Tədbirin yüksək səviyyədə həyata keçirilməsində əməyi olan hər bir kəsə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai birliyi adından təşəkkürümüzü bildirirk.
Layihə rəhbəri olan Elnurə və Aygün İsgəndərova bacılarnın bu layihəsinə uğurlar arzu edirik.

Tədbirin yüksək səviyyədə həyata keçirilməsində əməyi olan hər bir kəsə Müharibə Veteranı Qadınlarına Sosial yardım İctimia birliyi adından təşəkkürümüzü bildirirk.














Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat