hemle

“Bayat elinin ziyalıları” filminin ilk təqdimat mərasimi keçirildi.

Tarix:14-08-2019, 13:01
Baxış Sayı:456

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ildə elan etdiyi qrand müsabiqəsində Şəhid Ailələrinə Qayğı Cəmiyyətidır. “Bayat Elinin Ziyalıları filmin çəkilməsi” adlı layihəsi ilə qalib olub. Filmin çəkilişləri sona yetib və artıq fimin təqdimat mərasimlərinin keçirilməsinə başlanılıb. Filmin iki rayonda təqdimat mərasimlərinin keçirilməsində məqsədimiz Azərbaycanda olan Bayat obalarının qohumluq əlaqələrinin təyin edilməsi məqsədi ilə araşdırmaların başlanmasıdır. 10 avqust 2019-cu il tarixində Ağcabədi rayonun Məhəmməd Füzuli adına Boyad kənd kitabxanasında keçirildi. Tədbiri layihənin rəhbəri Müşviq Əliyev açaraq layihə haqda geniş məlumat verdi. Filmdə çəkilən tanınmış ziyalılara təşəkkürünü bildirdi.
Tədbirdə Ağcabədi Rayon Mərkəzi Kitabxanasının müdiri Məhəbbət Əliyeva çıxış edərək layihənin tarixi baxımdan əhəmiyyətli olduğunu, gələcəkdə bu filmin davamının çəkilməsini həmdə Bayat elinin tarixi şəxsiyyətlərnin tanıdımasının vacibliyini bildirdi. Filmdə çəkilmiş kənd ziyalıları Ravil Səmədov, şəhid atası, ziyalı Xəlil Sadıqov və Radə Abbasda lahiyənin Boyad kəndinə həsr edilməsi, kəndin ziyalılarının tanıdılması, kəndin tarixinin araşdırılması üçün minnətdarlıq etdilər. Ağcabədi Rayon İcra Hakimiyyətinin kənd nümayəndəsi Abbasov Ağamir, Boyad kənd kitabxanasının müdiri Təhminə Quliyeva, Boyad kənd tam orta məktəbin direktoru Məleykə Kərimova, Biləğan kənd orta məktəbin direktoru Xaliq Rüstəmov, Hacılar kənd tam orta məktəbin direktoru Nazir Rüstəmov, Boyad kənd körplər evinin müdiri Xanım Abbasova, Hacılar kənd körpələr evinin müdiri Xanım Abbasova, Biləğan kənd körpələr evinin müdiri Yaqut Hüseyinova, Hacılar Kənd körpələr evinin müdiri Aybəniz Abbasova tədbirdə iştirak edərək layihə və filmin vacibliyini bildirdilər. Boyad Kənd Orta məktəbində işləyən Zenfira müəllimə filmin daha geniş əhatəli çəkilməsinin vacibliyini vurğulayaraq bu elin ziyalılarnın bir faizinin belə filmdə çəkilməməsindən narazılığını bildirdi.
Çıxışlarda sonra layihə rəhbəri layihənin davamlılığı məqsədi ilə gələcəkdə “Bayat elinin ziyalıları” filminin yeni bir hissəsinin çəkiləcəyinə çalışacağını bildirdi. Tədbirin sonunda layihə rəhbəri tədbrin təşkilində əməyi olan Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və tədbir iştirkçılarına təşəkkürünü bildirdi.
Hörmətlə;
Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri,
layihənin rəhbəri Əliyev Müşfiq

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ