hemle

“Bayat Elinin ziyalıları” adlı filmin çəkilişləri sona yetdi.

Tarix:29-07-2019, 17:28
Baxış Sayı:605

Azərbaycan Respublikasının Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2019-cu ildə elan etdiyi Qrand müsabiqələrində qaliblərdən biri də Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin “Bayat Elinin ziyalıları” filmin çəkilməsi adlı layihənin icrası üçün şəkilən filmdə Qədim Qarabağın bu günü və keçmişini əks etdirən, Qarabağın qədim elatlarından biri olan BAYAT elinin bu günkü ziyalıları, tarixdə olan önəmli şəxsiyyətləri haqa məlumatlar yer alacaq. Layihənin rəhbəri Müharibə veteranı bayat elinin ziyalısı Müşviq Əliyevdir
Layihə rəhbərinin layihənin mövzusu haqdfa məlumatlarını nəzərinizə çatdırırıq.
Bəşəri şair olan Məhəmməd Füzulinin vətəni olan Bayat elinin sonrakı tarixində yaşamış Qarabağ xanı olan Pənahəli xan Bayat elinin igid övladı, ziyalısı yetirməsidir. Qarabağ xanlığının ilk yarandığı yer BAYAT elidir. Bayat elinin ziyalıları filminin çəkilşləri Bakı şəhərində və Bayat elində aparılacaqdır. Hazırlanan filmin təqdimat mərazsimləridə müxtəlif yerlərdə keçiriləcəkdir. Filmdə çəkilən ziyalıların hər biri Azərbaycan ictimaiyyətində tanınan, Azərbacan üçün xidmətləri olan insanlardır.
Millət vəkili Aqil Abbas, uzun illər həkim farmokoloq işləmiş Fəqan Əliyev, Professor Əfqan Əliyev, İctimai xadim, elm adamı nümunəvi Azərbaycan qadını Zəridə Rüstəmova, Şair, elm adamı Əli Aslanoğlu, Qarabağın dəyərli ziyalısı Azərbaycan Mədəniyyətinin inkişafına böyük töhvələr vermiş Qəzənfər Abbasov, Azərbaycan ictimaiyyətində tanınmış ziyalı, Azərbaycanın ərazi bütövlüyü, Qarabağa vətən ugrunda savaşa yolanmış Müharibə Veteranı Qadınlarına Soial Yardım İctimai Birliyinn sədri Radə Abbas. Bayat elinin ağsaqqallarından olan dəyərli din xadimi, şəhid atası Xəlil Sadıqov filmdə çəkiləcəklər. Bayat elindən bir çox ziyalılar dövlət əhəmiyyətli vəzifələdə xidmət etdikləri üçün onların filmdə çəkilimələri məqsədəuygun hesab edilmədi. Lakin yaxın tariximizdə filmimizin davamı olaraq Bayat eli haqda daha geniş filmlərin çəkilməsinə çalışacağıq.
Layihnin icrası məqsədi ilə çəkilişlər 05 iyul 2016-cı il tarixdən, 08 iyul 2016-cı il tarixə qədər Ağcbədi rayonun Boyad, Hacılar, Qaraxanlı, Biləğanlı kəndlərində aparıldı.
Boyad kəndində bəşəri şair olan Məhəmməd Füzulinin adını daşıyan kitabxana, görkəmli ziyalı, qüdrətıi sərkərdə Pənahəli xanın yaratdığı Qarabağ Xanlığının ilk formalaşdıgı, xanlıq sarayının qalıqları olan yerlər, məktəblər və ziyalılarla müsahibələr çəkilmişdir. Bayat elinin ağsaqqallarından olan şəhid atası, dəyərli ziyalı Xəlil Sadıqov, və kəndin ziyalısı Ravil Səmədov Bayat eli haqda dolğun məlumat verilmişdirlər. Filmin çəkilişləri sona yetmişdir. Yaxın günlərdə Ağcabədi rayonun Bayad kəndində, Şamaxı rayonun Boyad kəndində, eyni zamanda Bakı şəhərində filmin təqdimat tədbirləri keçiriləcəkdir.


Layihənin rəhbəri Əliyev Müşfiq.

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR