Layihədə Qarabağın ən qədim yaşayış məskənlərindən biri Dədə Qorqud böylarının ən böyük boyu olan Bayat ellərinin keçmişinin və bu gününün ziyalıları, Bayat elinin tarixindən bahs ediləcəkdr.
Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Bayat elinin şərəfli tarixi və bu günü var. Lakin bu günə qədər Azərbaycan ictimaiyyətinin böyük əksəriyyəti bilmir ki, Qarabağ xanı olan Pənahəli xan Bayat elinin igid övladı, ziyalısı yetirməsidir. İctimaiyyətin çoxluğu bilmir ki, Qarabağ xanlığının ilk yarandığı yer BAYAT elidir.
Bayatlar XIV-XV yüzillərdə Səfəvilər dövlətinin yaranmasında fəal iştirak ediblər. Bu tayfanın adı ilə bağlı Türkmənistanda və Özbəkistanda, Türkiyə, Suriya və İraqda, hətta Dağıstanda yaşayış məskənləri var.
Hələ XIX yüz illikdə Azərbaycanın topoqraf alimi İbrahim ağa Vəkilov Azərbaycanda “Bayat” adlı 5 kənd göstərir. Onlardan biri əvvəlki Şuşa, o biri Göyçay, biri Salyan, biri Quba, o biri isə Şamaxı qəzalarında idi. Hazırda dünyanın hər yerində olan bqyatların hamisi Ağcabədi rayonunda yerləşən Boyad kəndindən köç edənlər və ya döyüşlər zamanı səfərbərliklə yollananlardır. Nadir şah dövründə Suriya və Türkiyə sərhədlərində yeləşdirilən bu gün türkmənlər adı ilə tanınanlar, həmin ərazinin qorunması, müdafiəsi üçün Bayat obasından aparılmış döyüşgən Oğuz türkləridir. Lakin bu gün bunu Azərbaycanda hətta bir qrup tarixçidən başqa bilən çox az insan var. Sovet hakimiyyəti illərində Bayat kəndinində adı sakinləri kimi represiya qurbanı olur. Kənd Boyad adlandırılır. Kənd əhalisinin müraciətidə baxılmamış qalır. Kəndin adı bu günə qədər Boyad olaraq yazılır. Bayat elinin çoxsaylı elm adamları, ziyalıları varki onlar elmimizə, mədəniyyətimizə töhvələr veriblər. Lakin Bayat haqda məlumat çox azdır. İnsanlarımız öz şərəfli tarixindən uzaq salınıblar. Başqalarının tarixini öyrənməklə varlığımızı unutmuşuq. Kitabi Dədə Qorqudda ən böyük boylardan biri olan BAYAT boyu bu günə qədər əlimizdə olan ən güclü mənbədir. Və həmin Bayat boyunun insanları dünyaya səpələnmişdirlər. Həmin insalar getdikləri hər yerdə Bayat adını ayaşatmaqla öz soy köklərinə, yurd yerlərinə, elatlarına olan bağlılıqlarını qoruya bilmişdirlər. Bayat elinin oğlu Pənahəli xanın yenidən tikib abadlaşdırdığı Şuşa qalasınada qızılbaşlar adı ilə tanınan Bayat elindən Şuşaya yerləşənlərin hər birinin evinin üstündə Qızılquş herykəli qoyularmış. Bu Bayat elinin simvollarından biri olub. Dağıdılan məhv edilən Şuşada həmn evlər də yurd yerləridə dağıdılıb. Bu gün Azərbaycan mədəniyyətinə dahilər bəxş etmiş Bayat elinin adı çəkilmir. Sanki Dədə Qorqudun Bayat elindən qaçırıq, uzaqlaşırıq. Millət o zaman güclü olur ki, öz kimlyini qoruyub saxlaya bilsin, tanısın dəyərləndirsin. Layihənin icrası ərəfəsində Bayat elinin tarixi və ziyalıları ilə bağlı film çəkiləcək və filmin təqdimat tədbirləri keçiriləcəkdir.
Layihənin rəhbəri Əliyev Muviq.