hemle

“Sirlər xəzinəsi” layihəsi çərçivəsində növbəti tədbir Xurşidbanu Natəvana həsr edilib - Atəş.az

Tarix:3-02-2017, 18:47
Baxış Sayı:599

Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkil etdiyi “Sirlər xəzinəsi” ədəbi-bədii musiqili layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilən gecə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində bu silsilədən olan ikinci tədbirdir.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov layihə çərçivəsində ilk tədbirin dahi Məhəmməd Füzuliyə həsr olunduğunu söyləyib. Bugünkü tədbirin isə Xurşidbanu Natəvana həsr edildiyini bildirən K.Tahirov deyib ki, onun yaradıcılığı klassik Azərbaycan şeirinin ən gözəl nümunələrindən biridir.

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Nizami Cəfərov bildirib ki, klassik irsi yaşatmaq baxımından layihə öz əhəmiyyəti ilə təqdirəlayiqdir. X.Natəvanın yaradıcılığı öz obrazlılığı ilə seçilir və XIX əsr klassik şeirinə bir novatorluq gətirib.

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölgəsinin sədri, professor Ənvər Əhməd X.Natəvanın həyat və yaradıcılığından söz açıb.

Gecədə şairin qəzəlləri və muğamlar səsləndirilib.

Tədbirə AZƏRTAC da informasiya dəstəyi verib.

Digər xəbərlər
15:20 Bu ölkədə qurban kəsmək qadağan olundu: Çünki...
15:11 Ermənistan arxivindən hansı materiallar Azərbaycana verilib? - Sensasion DETALLAR
15:01 Gədəbəydə başına torba keçirilən qadın öldü - Rəsmi açıqlama
10:07 Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib - Şok iddia
09:13 Baku Piano Festival 2025 gəlir
09:04 Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ
08:49 Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı