hemle

“Sakit! Tamaşa gedir…” layihəsi həyata keçirilib

Tarix:24-11-2016, 17:08
Baxış Sayı:834

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sakit! Tamaşa gedir…” layihəsi həyata keçirilib.
Layihə rəhbəri Ayşəm Balayevanın verdiyi məlumata görə, layihə çərçivəsində eşitmə və nitq problemi olan gənclərə motivasiya, şəxsi inkişaf və teatr əsaslı psixoloji təlimlər keçirilmişdir. Təlimlərdə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə-reabilitasiyası keçən gənclər, Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin üzvü olan gənclər iştirak etmişdir. Təlimlərdə fəal iştirak edən gənclər asudə vaxtlarını səmərəli keçirməklə yanaşı cəmiyyətə inteqrasiya, şəxsi inkişaf mövzularında bir çox bilik və bacarıq əldə etdilər.
Layihənin sonunda iştirakçılar Pantomima teatrında “AĞ BIĞLILAR” tamaşasını seyr etdilər.
Qeyd edək ki, “Sakit! tamaşa gedir…” layihəsinin məqsədi əlilliyi olan gənclərin asudə vaxtlarının daha səmərəli keçirilməsini təşkil etməklə onların cəmiyyətə inteqrasiyasını, aktiv həyat tərzi sürmələrini təmin etməkdir.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu