hemle

"Vətənə həsr olunmuş ömür" adlı onlayn rəsm müsabiqəsinin qalibləri məlum olub VİDEO

Tarix:11-05-2020, 20:45
Baxış Sayı:664

Ağdam, 11 may, AZƏRTAC

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam Rayon Heydər Əliyev Mərkəzinin Ulu Öndərin anadan olmasının 97-ci ildönümü münasibətilə təşkil etdiyi "Vətənə həsr olunmuş ömür" adlı video görüntülərdən ibarət onlayn rəsm müsabiqəsinin qalibləri məlum olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn rəsm müsabiqəsinin münsiflər heyətinin üzvləri - Azərbaycan Rəssamlar İttifaqının qrafika bölməsinin rəhbəri, xalq rəssamı, professor Arif Hüseynov, Ağdam rayon Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, sərgi-tədbir təşkilatçısı Elnurə İsgəndərova qalibləri elan ediblər. Ağdam rayon Heydər Əliyev Mərkəzinin dərnək rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, Aygün İsgəndərovanın "Ulu Öndər yolu" əsəri birinci, rəssam Fərman Qasımov "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" əsəri ikinci, Rəssamlar İttifaqının üzvü rəssam Vüsal Məmmədovun "Xalq Heydər söyləyəcək" əsəri üçüncü yerə layiq görülüb.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar