Bu il keçiriləcək "Avrovision" mahnı müsabiqəsində “Je Me Casse” ("Mən Getdim") mahnısı ilə iştirak edəcək maltalı müğənni Destini Çukunyere (Destiny Chukunyere) qalib gələcək.
hemlemedia.az “Eurovisionworld”a istinadən xəbər verir ki, belə bir qənaətə bukmeykerlər gəlib.
Sonrakı yerlərdə müsabiqənin İsveçrə nümayəndəsi Gyon Müharramay (Gjon’s Tears) “Tout l’Univers” (Bütün Kainat) və fransalı Barbara Pravi “Voila” (Diqqət) mahnısı ilə tutacaqları bildirilib.