hemle

“EUROVİSİON” ŞƏRHÇİMİZİN ADI MƏLUM OLDU

Tarix:11-05-2020, 17:24
Baxış Sayı:387

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Eurovision: Europe Shine A Light” mahnı şousunda şərhçisinin adını açıqlayıb

İTV-dən ONN media -ya bildirilib ki, “Eurovision: Europe Shine A Light” adı altında mayın 16-da Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif olacaq. İki saatlıq konsert İctimai Televiziyanın efirində canlı şəkildə yayımlanacaq.

Onlayn keçiriləcək musiqi şousuna təmsilçimiz Efendi “Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq. Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də ötən ilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.

Xatırladaq ki, pandemiya səbəbilə ləğv edilmiş “Avroviziya 2020” mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi.

Qeyd edək ki, “Avroviziya 2021” mahnı müsabiqəsində Azərbaycanı yenidən Efendinin təmsil etməsi planlaşdırılır.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
17:29 Prezident və xanımı Türkiyədədir
17:27 Heydər Əliyev prospektindəki qəzada iki nəfər yaralandı
17:20 Ermənistan orduya adam toplayır – Hücum hazırlığı başlandı
17:14 Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
17:00 Bu zəngləri açan kimi kartda olan vəsaitiniz OĞURLANA BİLƏR
16:52 Dondurmalarla bağlı vəziyyət necədir? - AQTA-dan AÇIQLAMA
16:49 Bakıda külək güclənib - FAKTİKİ HAVA
16:32 Natəvan Bayramova vəzifədən azad edildi