hemle

Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA

Tarix:10-04-2025, 17:14
Baxış Sayı:522



Məlum olduğu kimi, Azərbaycanda təhsilə görə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı qanunvericilikdə bir sıra dəyişikliklər edilib. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna edilən dəyişikliklərə görə, təhsil alanın hərbi xidmətə çağırış üçün möhlət yaşı müxtəlif səbəblərə görə dəyişəcək.

Qanuna əsasən, bakalavrlar üçün 24 yaş, magistrlar üçün isə 26 yaş həddi var. Bu yaşlardan sonra vətəndaş müvafiq pillədə təhsil alsa da, əsgər aparılır.

Bəs bu qanun qəbul olunana qədər təhsil alan şəxslər necə olacaq?

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirdi ki, əgər 29 dekabrdan əvvəl, yəni fərman imzalanmamışdan əvvəl vətəndaş ali məktəbə qəbul olub və bu barədə arayışı qeydiyyatda olduğu müvafiq bölməyə təqdim edibsə, ona möhlət verilir və bu qanun onlara şamil olunmur.

"Yəni, onlar təhsili davam etdirəcəklər. Amma sonradan qəbul olan vətəndaşlar varsa, onlar yaş limitinə uyğun olaraq hərbi xidmətə cəlb olunacaq".

Digər xəbərlər
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək