hemle

“Ermənistan ordusu siyasi proseslərdə iştirak etməyəcək” - Yeni rəis

Tarix:22-03-2021, 14:22
Baxış Sayı:349

“Ermənistan Silahlı Qüvvələri siyasi proseslərdə iştirak etməyəcək”.

Bu barədə Ermənistan Silahlı Qüvvələrinin yeni təyin olunan Baş Qərargah rəisi Artak Davtyan açıqlama verib.

“Silahlı Qüvvələrin rəhbərliyi tərəfindən məlum açıqlamadan (Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat - red.) sonra vəziyyət həll edildi və mövcud fikir ayrılıqları qanuni müstəviyə keçdi. Ermənistan Silahlı Qüvvələri hökumətə tabe və Konstitusiyaya görə mülki nəzarət altında olmaqla yanaşı, yalnız Ermənistanın təhlükəsizliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin etmək öhdəliklərini rəhbər tutaraq siyasi məsələlərdə bitərəf qalacaq”, - deyə Davtyan qeyd edib.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan bu gün Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinin icrasına başladığını açıqlayıb.


Digər xəbərlər
11:36 Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar