hemle

“Təmas xəttində vəziyyət kifayət qədər gərgindir” - NAZİR

Tarix:2-10-2020, 13:22
Baxış Sayı:437

“Azərbaycanda təmas xəttində vəziyyət kifayət qədər gərgindir. Suveren bir dövlətin ərazisində xarici silahlı birləşmələrin olması fövqəladə bir həqiqətdir və bildiyiniz kimi, 30 ilə yaxındır ki, Azərbaycan ərazilərinin 20 faizi qonşu Ermənistanın işğalı altındadır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın nüfuzlu onlayn nəşri news.ru-ya müsahibəsində deyib. Nazir əlavə edib ki, rəsmi İrəvan vaxtaşırı bölgədə təxribatlar törədir. “Sentyabrın 27-də isə səhər saatlarından etibarən erməni silahlı qüvvələri təmas xəttindəki hərbi və mülki obyektlərə zərbələr endirib”, – deyə Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, 20 faiz işğal olunmuş ərazidən bəhs edərkən bura yalnız Dağlıq Qarabağ deyil, işğaldan əvvəl 700 000 azərbaycanlının yaşadığı ətrafdakı 7 rayon da daxildir. “Bu ərazilərdə etnik təmizləmə aparılıb. Bu gün həmin rayonlarda demək olar ki, bir nəfər də azərbaycanlı yoxdur. Təmas xətti bu rayonların xarici sərhədi boyunca yerləşir. Onun arxasında Ermənistan tərəfdə sıx məskunlaşma yoxdur. Azərbaycanın isə şəhərləri, kəndləri var. Ermənistan bu faktdan əlavə təzyiq və şantaj elementi kimi istifadə edir”, – deyə Ceyhun Bayramov vurğulayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başladığı əks-hücum əməliyyatından danışan nazir bildirib ki, bu, erməni hərbçilərinin təxribatlarına məruz qalan mülki əhalinin təhlükəsizliyini qorumaq və Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrinin yaxınlığından uzaqlaşdırmaq məqsədi daşıyır.

“Hərbçilərimiz üçün hədəflər yalnız düşmənin hərbi obyektləridir. Mülki şəxslərə həyatlarını təhlükə altına salmamaq üçün hərbi obyektlərdən uzaq durmağa çağırış edilib”, – deyə o əlavə edib.

Ceyhun Bayramov daha sonra bildirib ki, erməni silahlı qüvvələrinin təxribatı Ermənistan hakimiyyətinin diqqəti daxili problemlərdən yayındırmaq məqsədi daşıdığı istisna deyil.

Nazir sonda bildirib ki, bölgədə uzunmüddətli sülh hamının maraqlarına cavab verir. Lakin münaqişə həllini tapmadan hər hansı atəşkəs kövrək xarakter daşıyır.

Digər xəbərlər
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?
14:23 Azərbaycan İngiltərənin iddiasını təsdiqlədi – Xəzər dənizi yox ola bilər
14:14 Bu türk dövləti ilə Rusiya arasında qarşıdurma böyüyür: Azərbaycan alternativ ola bilər
10:30 Şad XƏBƏR: Dövlət bu şəxslərə ev verəcək
10:24 İstiliyin verilməsi DAYANDIRILIR
10:11 Qəhvənin yeni faydaları ÜZƏ ÇIXDI
10:08 İnfarkt, yoxsa "Sınmış ürək" sindromu? - Həkimdən XƏBƏRDARLIQ
10:03 Akademik Zərifə Əliyevanın anım günüdür