hemle

Düşmən təmas xəttində monitorinq keçiriləcək - Atəş.az

Tarix:6-02-2017, 12:08
Baxış Sayı:599

Fevralın 7-də Füzuli rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 7-də Füzuli rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Atəş.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumatına görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Saymon Tiller keçirəcəklər.

Digər xəbərlər
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək
21:54 Gəncənin bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları elan olundu - məhkəmə
21:51 Bu ərazilərdə 15 dayanacaq pavilyonu quraşdırılacaq
21:33 Ukrayna və Rusiya ikinci raundda anlaşacaqmı? – İstanbul görüşünün şifrələri
21:09 Bu sərnişinlər 30 manat cərimələnəcək
21:05 Azərbaycanda bu cərimə 500 manata qaldırıldı
16:18 Trampdan Netanyahuya İranla bağlı ŞOK XƏBƏRDARLIQ