hemle

Paşinyan onu Baş Qərargah rəisi təyin etdi

Tarix:22-03-2021, 10:42
Baxış Sayı:281

Artak Davtyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib.

Bu barədə Baş nazir Nikol Paşinyan öz feysbuk hesabında məlumat verib.

“Artak Davtyan qanunla Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib”, - deyə Paşinyan qeyd edib.

Ermənistan Baş nazirinin ofisi Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanın vəkilinin iddialarına baxmayaraq, martın 10-dan bu vəzifədən azad edildiyini bildirib. Ötən həftə isə Qasparyanın vəkili Artur Ovannisyan müvəkkilinin vəzifə səlahiyyətlərinə davam edə biləcəyini açıqlamışdı. O, İnzibati Məhkəmənin son qərarına əsasən bu nəticəyə gəldiyini bildirmişdi.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının 25 fevralda bəyanat yayaraq Nikol Paşinyanın hökumətinin istefasını tələb etməsindən sonra ölkədə siyasi böhran daha da dərinləşib. Nikol Paşinyan bəyanatı çevriliş cəhdi kimi qiymətləndirərək Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb. Prezident Armen Sarkisyan isə bu sənədi iki dəfə imzalamaqdan imtina edib.

Bu yaxınlarda isə Paşinyan Artak Davtyanın Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi üçün Prezidentə ərizə təqdim etdiyini açıqlamışdı.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi