hemle

“Sizə inanıram...” - Paşinyan hərbçilərə müraciət etdi

Tarix:10-03-2021, 22:59
Baxış Sayı:279

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan ordunun rəhbər heyəti ilə müşavirə keçirib.

“Sputnik Ermənistan”a xəbər verir ki, Paşinyan Ermənistan dövlətinin və xalqının ağır sınaqlardan keçdiyini deyib.

"Heç kim generalların, zabitlərin, çavuşların və sıravi şəxslərin ölkənin möhkəmlənməsinə verdiyi unudulmaz töhfələri qiymətləndirməyə bilməz", - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, mövcud vəziyyətdə hərbi-siyasi rəhbərliyin bir neçə məsələni müzakirə, təhlil etməsi və cavablandırması, Silahlı Qüvvələrin inkişafı üçün ortaq bir baxış formalaşdırması lazımdır. Bu baxış ordu və xidmətin yalnız nəzəri şərtlər deyil, gündəlik iş və xidmət olduğu üçün generalların, habelə zabitlərin bilik və təcrübəsinə əsaslanmalıdır.

Qanuna əsasən, Baş Qərargah rəhbəri kimi Onik Qasparyanın səlahiyyət müddətinin artıq başa çatdığını xatırladan Paşinyan ona çoxillik xidmətinə görə təşəkkür edib.

Paşinyan onu da bildirib ki, Artak Davtyanın Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi barədə artıq prezidentə təqdimat göndərib. O, əlavə edib ki, bu barədə Baş Qərargahın yeni rəisinin təqdimatı münasibətilə keçiriləcək görüşdə hərbçilərlə daha ətraflı danışacaq.

"Mən iştirak edənlərin hamısından Silahlı Qüvvələrin sıralarında xidmətlərini generallar, zabitlər, Ermənistanın təhlükəsizliyini və ərazi bütövlüyünü təmin edən strukturun dayaqları kimi davam etdirmələrini xahiş edirəm. Sizə inanıram, əminəm ki, indiyə qədər olan xidmətiniz səmimi olub. Bu xidmət ən yüksək tərifə layiqdir və bu qiymətləndirmə heç bir halda heç vaxt yenidən nəzərdən keçirilə bilməz",- deyə Paşinyan qeyd edib.

Unikal.org

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir