hemle

AAYDA: Zəfər yolu 2 ay ərzində genişləndirildi

Tarix:27-02-2021, 10:14
Baxış Sayı:325

Qarabağda ilk infrastruktur layihəsi yolların çəkilməsi ilə başlayıb.

Bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Anar Nəcəfli AzTV-nin efirində yayımlanan “Evimizdə” proqramında deyib.

Onun sözlərinə görə, Qarabağa yol çəkilmədən həmin ərazilərdə hər hansı digər layihələri həyata keçirmək mümkün deyil:

“Füzulidən Şuşaya qədər olan yolun çəkilişinə başlanılıb. Qarabağın gələcək inkişaf potensialı nəzərə alınır. İstər turizm, istər sənayə potensialı nəzərə alınaraq, müasir, birinci texniki dərəcəli yol çəkiləcək. Həmin magistral yolun gələn ilin ikinci yarısına təhvil verilməsi planlaşdırılır.

Bundan əlavə Azərbaycan ordusunun Şuşanı azad etmək üçün getdiyi Zəfər yolu 2 ay ərzində genişləndirildi. Hazırda həmin yoldan gediş-gəliş var. Sentyabr ayında artıq o yola tam asfalt örtüyü çəkiləcək və daha rahat gediş-gəliş təmin olunacaq. Həmin yolun Xocavənd, Şuşa ərazisi, eləcə də Topxana meşəsi çətin relyefi olan yerlərdir. O ərazilərdə sıldırım qayalar var ki, ehtiyac yaranarsa bəziləri partladılacaq. Fikirləşirik ki, bir neçə tunel vasitəsilə dağların altından keçidlər olacaq”.

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat