hemle

Prezident azad olunmuş yerlərə aparan yolları tezliklə bərpa etmək tapşırığı verib

Tarix:22-02-2021, 12:17
Baxış Sayı:267

“Ölkə rəhbəri tərəfindən Agentliyə azad olunmuş torpaqlarımıza aparan yolları qısa müddətdə bərpa ermək tapşırığı verilib”.

hemlemedia.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

S.Məmmədov qeyd edib ki, hazırda Kəlbəcərə yeni yol çəkilişinon layihələndirilməsi aparılır:

"Cənab Prezident rayonun işğaldan azad olunan günü gözləmədən bizə tapşırıq vermişdi ki, Kəlbəcərə gedən yolla bağlı işlərə başlayaq. Yeni yol çəkilişi Gəncə-Göygöldən keçəcək. Hələlik düşmənlə birgə yaşayşın təminatına qədər Tərtər-Ağdərə-Kəlbəcər yolundan sülhməramlıların iştirakı ilə istifadə edirik. Ölkə başçısının tapşırığına əsasən, əhalinin təhlükəsiz keçidini təmin etmək məqsədilə yeni yol inşa edilir. Artıq 2 aya yaxındır yolun layihələndirilməsi həyata keçirilir. Yol çəkilişi Türkiyə şirkətilə birgə aparılacaq. Martdan etibarən Kəlbəcər yolunun çəkilişinə başlanılacaq".

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir