hemle

“Haber Global” Əli Əsədovun Ankara səfərindən reportaj hazırladı - VİDEO

Tarix:18-02-2021, 17:08
Baxış Sayı:321

Baş nazir Əli Əsədovun Türkiyəyə səfəri çərçivəsində ilk olaraq ölkənin mərkəzində Anıtqəbiri ziyarət edib. Atatürkün məzarı önünə əklil Ə.Əsədov şəhidlərin ruhunu bir dəqiqəlik sükutla anıb.

“Haber Global” məlumat verir ki, bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ə.Əsədovu Prezident iqamətgahında qəbul edib.

Mətbuata qapalı keçirilən görüşdə Türkiyə prezidentinin köməkçisi Fuad Oktay da iştirak edib.

Görüşdə Dağlıq Qarabağ və ətraf rayonlarda yaşananlar, görüləsi tədbirlərlə bağlı müzakirələr aparılıb.

Sonradan F.Oktay Ə.Əsədovla təkbətək görüşüb. Ə.Əsədov həm Vətən müharibəsi zamanı, həm də peyvəndlə əlaqəli dəstəyə görə qardaş ölkəyə təşəkkür ünvanlayıb. F.Oktay Türkiyənin həmişə Azərbaycana dəstək göstərəcəyini vurğulayıb.

Görüşdə əsas müzakirə mövzusu iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi olub.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir