hemle

Əli Əsədov Türkiyə prezidentinin köməkçisi ilə görüşdü

Tarix:18-02-2021, 14:49
Baxış Sayı:294

Azərbaycan Baş naziri Əli Əsədov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin prezidentinin köməkçisi Fuad Oktayla görüşüb.

Bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

F.Oktay görüş zamanı bildirib ki, Türkiyə daim Azərbaycana dəstəyini göstərəcək:

“Biz tək millətik və dəstəyimizi davam etdirəcəyik. Təkcə müharibə məsələsində deyil, 30 ildir düşmən tapdağı altında olan və Vətən müharibəsi ilə azad edilən bölgələrin bərpasında da sizinlə birlikdə olacağıq. Edəcəyimiz çox gözəl işlər var”.

Əsədov Türkiyənin Qarabağ məsələsində olduğu kimi, COVID-19 pandemiyasının qarşısının alınması üçün Azərbaycana dəstək verdiyini ifadə edib və Türkiyəyə minnətdarlığını bildirib.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı