hemle

Afrində terrorla mübarizədə Türkiyəyə dəstək məqsədi ilə Türkiyə Səfiri Erkan Özoralla görüş keçirilib

Tarix:17-02-2018, 12:55
Baxış Sayı:594

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə bu gün 16 fevral 2018-ci il tarixində bir neçə QHT rəhbəri və ictimaiyyət nümayəndələri Türkiyyənin Afrində terrorla mübarizənidə Türkiyəyə dəstək məqsədi ilə Türkiyənin Azərbaycan Respublikasında Fəaliyyət göstərən Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoralla görüşmüşdürlər.

Uzun illərdir ki, Azərbaycanın başı üstünü qara buludlar alıb. Taleyin acı qismətindən biz ermənilərlə qonşu yaşamaq məcbiriyyətindəyik. Evimizdən ev, çörəyimizdən çörək verdiyimiz nankor erməni millətinin məkirli əməllərinin acı nəticələri bizim vətənimiz üçün çox fəlakətlər gətirib. Elimiz talanıb, evlərimiz dağdılıb, övladlarımız, analarımız, yaşlılarımız igidlərimiz qətl edilib. Ermənilərin 1905-ci ildə başlatdıqları soyqırım hələdə davam edir. 1915, 1918,1920, 1948,1952, 1988-ci ildən üzü bəri bu günə qədər yüz minlərlə insanımız ermənilər və tərəfdarları tərəfindən vəhşicəsinə qətlə yetiriblər. 1988-ci ildən davam edən Ermənistan tərəfindən elan olunmamış müharibə şəraitində yaşayır və hər gün şəhid veririk. Qarabağ müharibəsində döyüşən qadınların da 85 faizi qaçqın və məcburi köçkündür, vətən həsrəti ilə yaşayırlar. Qarabağı azad edəcəyimiz günü həsrətlə gözləyirlər. Müharibənin ağrı acısını görmüş Qarabağ müharibəsinə qatılmış Azərbaycan qadınları olaraq, terrorla mübarizədə Türkiyənin yanında olduğumuzu, Türkiyənin haqq işinin müdafiəsində dünyaya qarşı gəlmək üçün canımızdan keçməyə hazır olduğumuzuda bəyan etdik. HDP, PYD, PKK kimi terror təşkilatlarını öz qara orduları hesab edən dövlətlərin qarşısında Türkiyənin dik duruşunun daimi olması üçün biz türkiyəni dəstəkləməyə davam edəcəyik. Görüşdə iştirak edən təşkilat rəhbərləri hər biri Türkiyəyə sevgi və dəstəklərini çatdırmışdırlar.

Ekan Özoralda öz növbəsdində təşəkkürünü bildirmişdir. Qardaş dəstəyindən həmişə mənun olduqlarını və bu dəstəyə ehtiyac duyulduğunu bildirmişdir. MVQSYİB Türkiyənin Prezidenti Rəcəb Teyyib Ərdoğana dəstək məktubu yollmışdır.
MVQSYİB Mətbuat xidməti
1. Radə Abbas Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri
2. Aybəniz Qafarlı Xarı Bülbül Ədəbi Məclisinin və Türk Dünyası qəzetinin rəhbəri
3. Qabil Ədalət BAYAT Yaradlıcılıq Mərkəzinin rəhbəri
4. Məmmədhəsən Həsənov Mina Qurbanlarının Sosial İqtisadi Porblemlərinin Həllinə Kömək Ictimai Birliyinin sədri
5. Arzu Qocayev Qarabağ Today saytının redaktoru
6. Sülhüyyə Musaqızı

Spece Tv nin əməkdaşı Jurnalist


Afrində terrorla mübarizədə Türkiyəyə dəstək məqsədi ilə Türkiyə Səfiri Erkan Özoralla görüş keçirilib













Digər xəbərlər
22:13 Lisey qəbulunda dəyişiklik: aylarla hazırlaşan uşaqlar və xərc çəkən valideynlər nə etsin?
21:31 Rusiya Ukrayna ilə danışıqların yeni mərhələsinə hazırlaşır
21:25 Kremldən Trampın tənqidlərinə cavab: Onları qurban vermək olmaz
21:19 Liderlər Laçında seyrəngahda oldular
14:47 Biz ortaq idealları paylaşan üç qardaş ölkəyik - Ərdoğan
14:44 İlham Əliyev birgə hərbi təlimlərdən danışdı
14:42 Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldular - Yeniləndi
14:39 Ərdoğan: Can Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirəm