Bildiririk ki, Azərbaycanın başı üstünü illərdir qara buludlar alıb. Taleyin acı qismətindən biz ermənilərlə qonşu yaşamaq məcburiyyətindəyik. Evimizdən ev, çörəyimizdən çörək verdiyimiz bu nankor millətin məkirli əməllərinin acı nəticələri bizim vətənimiz üçün çox fəlakətlər gətirib. Təşkilatımızın üzvü olan müharibə veteranı qadınlarının 85 faizi qaçqın və məcburi köçkündür, vətən həsrəti ilə yaşayırlar. Analarımız oğlullarını, ərlərini qardaş və atalarını ermənilərin hücumları nəticəsində itirdilər. MVQSYIB müntəzəm olaraq Qarabağın azadlığı uğrunda mübarizə aparır. Biz heç vaxt Qarabağı unutmadıq, unutmayacağıq. Azərbaycanın ərazi bütövlüyü bizim fəaliyyətimizin və həyatımızın əsasını təşkil edir. Uzun illərdir Azərbaycan həqiqətlərini dünyaya yaymağa çalışırıq. Dünyanın bir neçə ölkəsində Azərbaycan tarixi və Qarabağın həqiqətləri ilə bağlı təbliğat tədbirləri keçiririk. Lakin dünyanın böyük güclərinin erməni lobbisinin yalanları ilə zəhərlənmiş beyinləri, tutulmuş gözləri həqiqətləri eşitmək, görmək istəmir və ya görməzlikdən gəlirlər. Azərbaycan Respublikası Prezidentinin və xalqının uzun illərdir dünyadan gözlədiyi ədalətli sülhün bərqərar olunması erməni düyününə düşüb. Qarabağ məsələsinin həlli yolu sanki görünməz bir uçuruma yuvarlanıb. Status kvonun saxlandığı müddət ərzində Azərbaycanda insanlarımız hər gün qətlə yetirilir. Atəşkəs rejimi Ermənistan ordusu tərəfindən mütəmadi pozulur. Atəşkəs elan edilən illər ərzində çoxsaylı mülkü vətəndaşlarımız və ən faciəlisi odurki azyaşlı uşaqlarımız Ermənistan ordusu tərəfindən qətlə yetirilir. Bunun nümunələrindən biridə 04 iyul 2017-ci il tarixində Qarabağda, Füzuli rayonun Alxanlı kəndində faciəli şəkildə baş verib. Ermənistan ordusunun ağır çaplı silahlardan atdığı atəş nəticəsində bir ailənin üzvləri şəhid edildi, yaralandı. Dünya güclərinin nə vaxta qədər susacağını soruşmaq bizim haqqımızdır, biz anayıq. Müharibənin ağrısını, acısını yaşamışıq. Avropa Şurasının, Avropa Parlamentinin, BMT-nin, UNUSEF, UNESKO kimi böyük təşkilatların uşaq haqlarının qorunmasında göstərdikləri susqunluq qəbuledilməzdir. Günahsız, azyaşlı Zəhra Quliyevanın və onun gənc anasının erməni gülləsinin qurbanı olmasını Azərbaycan qadınları qəbul etmirlər. Erməni cinayətlərinə son qoyulması üçün bütün dünyanı səsləyərək Qarabağın erməni işğalından azad edilməsini tələb edirik. Biz müharibənin ağrı acısını yaşadıq, həyatimiz, gəncliyimiz müharibə illərinin qurbanı oldu. Azərbaycan qadınları Ermənistan ordusu tərəfindən şəhid edildi, girov götürüldü Biz anayıq ana haqqımızı Sizdən istəyirik.
MVQSYİB-nin sədri Radə Abbas