hemle

ƏLİ ƏSƏDOV FUAT OKTAYA TƏŞƏKKÜR ETDİ

Tarix:15-07-2020, 21:27
Baxış Sayı:459

Azərbaycanın Baş Naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.

ATESH,AZ saytı ONN media agentliyinə istinadən xəbər verir ki, məktubda Baş Nazir iyulun 12-də Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törədilən hərbi təxribatı pisləyən bəyanatına və ölkəmizə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Baş Nazir Əli Əsədov Fuat Oktayın “Səninləyik Azərbaycan” ifadəsini səsləndirməklə bir daha əsl qardaşlıq nümunəsi göstərdiyini vurğulayıb.

Azərbaycan dövlətinin və xalqının bu qardaşlıq dəstəyini yüksək qiymətləndirdiyi bildirilib.

Baş Nazir Əli Əsədov, həmçinin Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümündə bu cinayəti bir daha qətiyyətlə pislədiyini və qəbuledilməz hesab etdiyini qeyd edib, dövlət çevrilişi cəhdinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.

ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir