hemle

İlham Əliyev Ərdoğanla telefonla danışdı

Tarix:16-01-2021, 18:21
Baxış Sayı:280

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bununla bağlı “Haber Global” Türkiyə Prezidentin Mətbuat xidmətinə istinadla məlumat yayıb.

Telefon danışığı zamanı liderlər Türkiyə-Azərbaycan əlaqələri və regional məsələləri müzakirə ediblər.

Ərdoğan Azərbaycanın haqlı mübarizəsi nəticəsində Dağlıq Qarabağda zəfər qazanmasının bölgəyə sülh və sabitlik üçün yeni imkanlar açdığını bildirib və bu yeni dövrdə Türkiyənin Azərbaycana bütün sahələrdə dəstəyinin davam edəcəyini deyib.

Həmçinin Ərdoğan Azərbaycanın Ermənistanın işğalından azad etdiyi Dağlıq Qarabağda təmir və tikinti işlərinə başlamasından məmnun olduğunu əlavə edib.

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək