hemle

Ülvi İldırımzadə həbsdən buraxılıb

Tarix:15-02-2021, 16:46
Baxış Sayı:591

Bir müddət əvvəl bağlanan "AmrahBank"ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə ev dustaqlığına buraxılıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, ötən ilin yayında həbs edilən Ü.İldırımzadənin ev dustaqlığına buraxılması üçün vəkili İlkin Ələsgərov məhkəməyə vəsatətlə müraciət edib.

Fevralın 11-də Səbail rayon məhkəməsinin hakimi Ülviyyə Şükürova vəsatəti təmin edib və Ü.İldırımzadə ev dustaqlığına buraxılıb.

Ü. İldırımzadə "AmrahBank"ın Müşahidə Şurasının sədri, atası Yunis İldırımzadənin müşaviri olub. O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.

Qeyd edək ki, Yunis İldırımzadənin əmisi Yusif İldırımzadə Xətai rayonunun keçmiş prokuroru olub. O, sabiq daxili işlər naziri Ramil Usubovun qudasıdır.

Xatırladaq ki, "AmrahBank" ötən il aprelin 28-i bağlanıb.

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər