hemle

Prezidentdən əhaliyə ŞAD XƏBƏR

Tarix:12-11-2018, 12:26
Baxış Sayı:427

Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad–Yardımlı avtomobil yolunun bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda altmış min nəfər əhalinin yaşadığı 59 yaşayış məntəqəsini birləşdirən uzunluğu 72 kilometr olan Cəlilabad–Yardımlı avtomobil yolunun tikintisinin ötən illərdə ayrılmış vəsait hesabına başa çatdırılaraq istifadəyə verildiyi bildirilib.
Qeyd edilib ki, son illərdə hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar yolun ayrı-ayrı hissələrində sürüşmə və qabarma kimi deformasiyaların baş verməsi səbəbindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində çətinliklər yaranıb.
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq Cəlilabad–Yardımlı avtomobil yolunun bərpası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin 4 988 000 (dörd milyon doqquz yüz səksən səkkiz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azər Azadzadə Atəs

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar